Qoy yaxşı musiqiyə öyrəşsinlər!...

 

Euronewssaytında Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məqalə

 

Euronewstelekanalının saytında XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı barədəQoy yaxşı musiqiyə öyrəşsinlər!”: Qəbələ festivalı gəncləri seçirsərlövhəli məqalə dərc edilib.

Xatırladaq ki, ənənəvi festival bu il 27 iyul – 2 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Məqalədə qeyd olunur ki, Qəbələdə keçirilən beynəlxalq tədbir başa çatan yay mövsümünün ən parlaq musiqi hadisələrindən biridir. Onun vizit kartı həm tanınmış, həm çox gənc ifaçılar üçün bərabər çıxış etmək imkanlarıdır.

Qəbələ festivalına Azərbaycan, eləcə Böyük Britaniya, Türkiyə, Estoniya, Litva, Rusiya Polşanın müxtəlif güşələrindən ifaçılar, dirijorlar, musiqi kollektivləri gəlmişdi.

Yay musiqi bayramına Dövlət Simfonik Orkestrinin müşayiətində “Viva Opera”nın konserti ilə start verildi.

Tədbirin bədii təşkilatçısı Fərhad Bədəlbəyli ifaçıları qürurla təqdim edərək deyir: “Sayca 13-cü festival adları bütün dünyada tanınan ulduzlarımız Yusif Eyvazov Dinara Əliyevanın ifası ilə açılır. Lakin gənclər üçün proqram mövcuddur”.

Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru bədii rəhbəri Fuad İbrahimov deyir: “Gənc istedadlara festivalda xüsusi diqqət yetirildi. Onlar hər konsertdə iştirak edirlər. Festivalda onlara çox yüksək dəstək göstərilir. Hər bir ölkənin gələcəyi onun gəncləridir əlbəttə ki, gənclərin belə tədbirdə iştirakı çox dəyərlidir”.

Gənc istedadların müşayiət edilməsi respublikada sistemli xarakter daşıyır. Qəbələ festivalıGənclərə dəstəklayihəsinin xətti ilə seçilmiş musiqiçilərə şərait yaradır.

Fərhad Bədəlbəyli əlavə edir: “Festival həm maarifləndirici xarakter daşıyır. Hər bir konsertdən öncə mühazirəçi çıxış edir. Arxamdakı zalda uşaq səsi eşidirsiniz. Qoy yaxşı musiqiyə öyrəşsinlər!”.

Qəbələ festivalının peşəkar ustadlarla görüş gənc musiqiçilərin yetişməsi üçün məkan olduğunu vurğulayanEuronewssaytı diqqətə çatdırır ki, festival Heydər Əliyev Fondu tərəfindən yaradılıb Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə dəstək alır: “Bu tədbir bütün fəaliyyəti ərzində yay günləri axşamlarında iştirakçıları tamaşaçıları sevindirən klassik, xalq, caz rəqs musiqisi bayramı kimi tanınıb”.

 

 

Mədəniyyət.- 2023.- 30 avqust.- S.2.