ABŞ diplomatı Ədəbiyyat
Muzeyində
Amerika Birləşmiş
Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyində
müvəqqəti işlər
vəkili vəzifəsini
icra edən Hüqo Gevara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində olub.
Muzeyin şöbə
müdiri Tomiris Babanlı ekspozisiya ilə tanış olan qonağa zəngin Azərbaycan ədəbiyyatı haqqında
ətraflı məlumat
verib, bu ədəbiyyatı yaratmış
görkəmli şəxsiyyətlərin
ana dilimiz, milli ədəbiyyatımız
və mətbuatımız
uğrunda fəaliyyətlərini
diqqətə çatdırıb.
Muzeyin ekspozisiyasını
bəzəyən tablolar,
xalçalar, miniatürlər
və xatirə əşyalarına da diqqətlə baxan Hüqo Gevara muzeyin timsalında Azərbaycan xalqının
öz milli sərvətlərinə necə
qayğı ilə sahib çıxdığının
bir daha şahidi olduğunu söyləyib. Qonaq ölkəmizin mədəniyyətinə,
ədəbiyyatına böyük
maraq göstərdiyini
qeyd edib.
Sonra diplomat
ürək sözlərini
muzeyin fəxri qonaqlar kitabına yazıb: “Azərbaycan incəsənətinə və
poeziyasına hörmət
bəsləyən nə
gözəl muzey!”.
Qonağa müxtəlif kitab və bukletlər hədiyyə edilib.
Mədəniyyət.- 2023.- 30 avqust.- S.3.