Qarabağın cığırları
yol olub, şair!
Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı
bulağının
Göz yaşları
sel olubmu?
Tanınmış şair, publisist Şahmar Əkbərzadə
(1941-2000) bu misraları
Vətən torpaqlarının
düşmən əsirliyində
inildədiyi, əsl sahiblərini intizarla gözlədiyi zaman qələmə almışdı.
Onun poeziya nümunələri milli birliyə, tarixi yaddaşa sayğıya və insansevərliyə çağırışdır...
Avqustun 30-u Şahmar
Əkbərzadənin dünyadan
köçdüyü gündür.
Ağdam rayonunun Çəmənli kəndində
anadan olan Şahmar Əkbərzadə
1960-cı ildə Şuşa
Pedaqoji Texnikumunu bitirib. Sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və
ədəbiyyatı şöbəsində
təhsil alıb. Bir müddət doğulduğu kənddə
pedaqoji fəaliyyət
göstərib. 1968-ci ildən
taleyini mətbuat sahəsinə bağlayıb.
“Azərbaycan gəncləri”
və “Kommunist” qəzetlərində çalışıb.
1991-ci ildə Mədəniyyət
Nazirliyinin “Mədəniyyət”
qəzetinin yaradıcısı
və ömrünün
sonunadək baş redaktoru olub.
Gənc yaşlarından
şeirləri və publisistik yazıları dövri mətbuatda mütəmadi dərc olunub. “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev
məni” (2000) kitabları
maraqla qarşılanıb.
Vətənsevər şair 2000-ci ilin 30 avqustunda, 59 yaşında dünyasını dəyişib. 2001-ci ildə adına beynəlxalq ədəbiyyat mükafatı
təsis olunub. 2018-ci ildə “Xarıbülbül
nəğmələri” kitabı
işıq üzü
görüb.
İşğal altındakı yurdlarımızı
azad görmək nisgili ilə dünyadan köçən
şairin artıq ruhu şaddır. Şanlı Ordumuz Qarabağdakı cığırları
əbədi zəfər
yollarına çevirib...
Mədəniyyət.- 2023.- 30 avqust.- S.1.