Ulu öndərin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans
“Heydər Əliyev
İli” tədbirləri
çərçivəsində avqustun 28-də “İMZA” Sosial
İnkişafa Dəstək
İctimai Birliyinin
(“İMZA” İB) təşkilatçılığı
ilə “Heydər Əliyev. Böyük lider” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs
edən sənədli
film nümayiş olunub.
“İMZA” İB-nin sədri Xəyyam Əsgərov giriş sözündə Heydər
Əliyevin 100 illiyi münasibətilə Azərbaycanda
və müxtəlif ölkələrdə keçirilən
beynəlxalq tədbirlərin
əhəmiyyətindən söz açıb.
İctimai birliyin
Beynəlxalq və ictimaiyyətlə əlaqələr
departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə
“İMZA” İB-nin Türkiyə
təmsilçisi və
Türkiyənin ölkəmizdəki
sabiq səfiri Hulusi Kılıç “Heydər Əliyevin xarici siyasətində Türk dünyasının
inteqrasiyası və birliyi amili” mövzusunda çıxış
edib. Diplomat Heydər Əliyevin tarixi xidmətlərinin yalnız Azərbaycanla məhdudlaşmadığını, həmçinin Türk dünyasında dərin izlər buraxdığını
vurğulayıb. Qeyd edib ki, Heydər
Əliyevin dövlətçilik
fəaliyyətində Türk
dünyası ilə münasibətlər mühüm
yer tutub.
Milli Məclisin
deputatı tarix elmləri doktoru Anar İsgəndərov “Heydər Əliyev – müstəqil Azərbaycan
dövlətinin qurucusu”
mövzusunda məruzəsində
Ulu öndərin digər sahələrlə
yanaşı, hələ
sovet dövründən
başlayaraq Azərbaycan
dilinin dövlət dili kimi inkişaf
etdirilməsində xidmətlərini
diqqətə çatdırıb.
“Ulu öndərin
Azərbaycan-Türkiyə qardaşlıq
münasibətlərinin inkişafındakı
və ortaq xarici siyasətin formalaşmasındakı tarixi
xidmətləri” mövzusunda
çıxış edən
Türkiyə Böyük
Millət Məclisinin
Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki
ölkə arasında
sarsılmaz birliyin bu gün ən
yüksək səviyyəyə
çatdığını qeyd edib. O, Türkiyənin
hazırda dünya siyasətində çox fəal rol oynadığını
və Azərbaycanın
beynəlxalq aləmdə
nüfuzunun gündən-günə
artdığını deyib.
Tədbirə onlayn formada qatılan rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun
direktoru Sergey Markov, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren, İtaliya parlamentinin sabiq deputatı Maria Rizzotti, Azərbaycanın Almaniyadakı sabiq fəxri konsulu Otto Hauser, Gürcüstanın
Azərbaycandakı sabiq
səfiri Zurab Qumberidze, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kosta, Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin
rəhbəri Akkan Suver, Pakistanın “Bol Media” korporasiyasında Beynəlxalq əlaqələr
departamentinin rəhbəri
Ali Savez, israilli siyasi ekspert Mixail Finkel, Avropa Azərbaycanlıları Konqresinin
sabiq sədri Başar Kömür,
ABŞ-nin ölkəmizdəki
sabiq səfiri Mətyu Brayzə və başqaları Azərbaycanın davamlı
inkişaf relsinə çıxarılması və
beynəlxalq aləmdə
nüfuzunun möhkəmləndirilməsində
Heydər Əliyevin xidmətlərindən söz
açıblar. Azərbaycanın
iqtisadi inkişaf sahəsində böyük
uğurlar əldə
etdiyi diqqətə çatdırılıb, Ulu
öndərin Azərbaycana
xarici investisiyaların
cəlb olunmasında,
xalqın rifah halının yüksəldilməsində
misilsiz işlər gördüyü bildirilib.
Milli Məclisin deputatları Mahir Abbaszadə, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Pərvin Kərimzadə, Azərbaycanda Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina, siyasi elmlər doktoru Elçin Əhmədov və başqaları da mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Mədəniyyət.-
2023.- 30 avqust.- S.3.