Mədəniyyət naziri Tovuzda
vətəndaşların müraciətlərini
dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri
tərəfindən hər
ay şəhər və rayonlarda vətəndaşların müraciət
və təklifləri
dinlənilir.
Mədəniyyət naziri Adil Kərimlinin
vətəndaşlarla növbəti
görüşü avqustun
29-da Tovuz rayonunda keçirilib.
Qəbuldan öncə
nazir Adil Kərimli və Tovuz Rayon İcra
Hakimiyyəti başçısının
birinci müavini Rəşad Zeynalov Ümummilli lider Heydər Əliyevin Tovuz rayonunda ucaldılmış abidəsi
önünə gül
dəstələri qoyaraq
xatirəsini ehtiramla yad ediblər.
Tovuz rayon
Nizami adına Mədəniyyət evində
keçirilən qəbulda
əsasən Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından
olan vətəndaşlar
iştirak ediblər.
Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da
iştirakı ilə
keçirilən görüşdə
vətəndaşların müxtəlif
mövzularda müraciətləri
dinlənilib. Müraciətlər
əsasən işlə
təmin olunma, tarixi abidələrin vəziyyəti, ortaya çıxan problemlər
və digər məsələlərlə bağlı
olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən
Adil Kərimli bütün müraciətlərin
araşdırılması, qaldırılan məsələlərin
qanunvericiliyə uyğun
həlli barədə
müvafiq tapşırıqlar
verib.
Görüşdə şəhid ailələri
və qazilərin qaldırdıqları məsələlərə
xüsusi həssaslıqla
yanaşılması, vaxtında
və obyektiv baxılması məqsədilə
hər bir müraciət qeydiyyata alınaraq nəzarətə
götürülüb.
Nurəddin
Mədəniyyət.-
2023.- 30 avqust.- S.3.