Mədəniyyətimizin böyük hamisi
İllərin xronikasından
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq
dövrdə, doğma
xalqının taleyində
tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada
mədəni-maarif işinin
qabaqcıl səviyyədə
təşkili sahəsində
də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin
mədəniyyətə diqqət
və qayğısı
onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində
– sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı
səhifələrlə yazılıb.
O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları
“Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1995-ci il 11 iyul
Prezident Heydər
Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Tansu Çillərin
Azərbaycan ziyalıları
ilə görüşündə
nitq söyləyib.
1995-ci il 15 iyul
Prezident Heydər
Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri
Vladimir Şumeyko ilə birlikdə Azərbaycan Dövlət İncəsənət Muzeyini
ziyarət edib, ziyalılarla görüşüb.
1995-ci il 22 iyul
Heydər Əliyev
Milli Mətbuat Günü münasibətilə
jurnalistləri və nəşriyyat-poliqrafiya işçilərini
təbrik edib.
1995-ci il 28 iyul
Heydər Əliyev
Şəhriyar adına
Mədəniyyət Sarayında
(hazırda DTX-nin Mədəniyyət Mərkəzi)
Xalq yazıçısı
İsmayıl Şıxlı
ilə vida mərasimində çıxış
edib.
“...İsmayıl Şıxlı böyük,
dəyərli, çox
nümunəvi həyat
yolu keçibdir. Onun ömrü, yaradıcılığı, insani
keyfiyyətləri hər
bir Azərbaycan vətəndaşı üçün
örnək ola bilər. O, öz əsərləri ilə xalqımızın mədəni
səviyyəsinin yüksəlməsinə,
mənəviyyatının inkişaf etməsinə, mətinləşməsinə böyük
xidmət göstəribdir.
İsmayıl Şıxlının əsərlərindən
gənclərimizin, hər
bir Azərbaycan vətəndaşının aldığı
təəssürat onları
milli azadlıq ruhunda tərbiyə edibdir, bu ruhda
püxtələşdiribdir, vətənpərvər kimi
yetişdiribdir...
...Onun Yazıçılar
İttifaqına rəhbərlik
etdiyi dövr Azərbaycanın həyatında
çox mürəkkəb
bir dövr idi. Azərbaycan xalqı böyük sınaqlardan keçirdi...
Azərbaycan Parlamentində
də o həm yazıçı, həm
vətəndaş, həm
də ictimai xadim kimi özünü
çox müsbət
tərəfdən göstərdi.
Azərbaycanın ağır
dövründə – 1990-cı il Yanvar faciəsi
dövründə İsmayıl
Şıxlının ictimai-siyasi
və vətəndaşlıq
fəaliyyətini xüsusi
qeyd etmək istəyirəm. İnsanlar
böyük faciə içərisində idilər.
Müdriklik, eyni zamanda qabağa çıxıb xalqa yol göstərmək lazım idi. Cəsarət lazım idi. Elə şəxslərdən
biri İsmayıl Şıxlı olmuşdur...
İsmayıl Şıxlı həm yazıçı, həm
müəllim, həm
alim, həm ictimai xadim, həm də insan və vətəndaş
kimi böyük hörmət qazanmış,
xalqımızın tarixində
dərin iz, zəngin irs qoymuşdur. Ona görə də bu gün bizim
hamımız böyük
kədər içərisində
İsmayıl Şıxlını
son mənzilə yola salırıq...”.
1995-ci il 9 avqust
Heydər Əliyev
Almatı şəhərində
görkəmli qazax mütəfəkkiri və
maarifçisi Abay Kunanbayevin 150 illiyinə həsr olunmuş təntənəli yığıncaqda
çıxış edib.
Səfər zamanı
UNESCO-nun baş direktoru Federiko Mayor ilə görüşüb.
“...Abay qazax
xalqının fəxridir.
Çünki qazax xalqının belə görkəmli övladı,
alimi, maarifçisi var və o öz
xalqını xoşbəxtliyə
və firavanlığa
aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə,
eyni zamanda Azərbaycan xalqına məxsusdur. Onun seirləri, poemaları respublikamızda nəşr
olunmuşdur. Sizin kimi, biz də
bu bayramı mədəniyyət və
dostluq bayramı kimi qeyd edirik...
Hesab edirəm ki, bugünkü bayram qazax xalqının
milli dirçəliş
bayramı, qazax xalqının milli istiqlaliyyət bayramı, qazax xalqının millilik bayramıdır...
Qazax xalqı
özünün milli
istiqlaliyyətini, milli
azadlığını əldə
etmişdir, öz həyatını istədiyi
kimi qurur. Belə hesab edirəm ki, Abayın bayramı onun məhz bu gün həyata
keçən ideyalarının
təntənəsinin bayramıdır...
Bu münasibətilə
sizi bir daha təbrik edir və Azərbaycan
xalqının dostluq,
qardaşlıq hisslərini
sizə yetirirəm...”.
1995-ci il 12 avqust
Heydər Əliyev
görkəmli ictimai xadim və yazıçı
Şıxəli Qurbanovun
ailə üzvlərini
– həyat yoldaşı
Xavər xanımı
və qızı Gülnarə Qurbanovanı
qəbul edib.
1995-ci il 27-29 avqust
Prezident Heydər
Əliyev Bişkekdə
qırğız xalqının
“Manas” dastanının
1000 illik yubileyi tədbirlərində və
türkdilli ölkələrin
dövlət başçılarının
3-cü zirvə toplantısında
iştirak edib.
“Manas” dastanının
1000 illiyinə həsr
olunmuş təntənəli
yığıncaqda (28 avqust)
çıxışından:
“...“Manas” dastanının
1000 illik yubileyi qırğız xalqının
böyük tarixini dünyaya bir daha nümayiş etdirir... “Manas” qırğız xalqının
müdrikliyinin rəmzidir,
zəkasının, qəhrəmanlığının,
cəsarətinin rəmzidır.
“Manas” qırğız
xalqının böyük
mədəni və mənəvi sərvətidir,
bütün dünya sivilizasiyasının, bəşəriyyətin
dəyərli sərvətidir,
Türk dünyasının,
İslam dünyasının
böyük mənəvi
sərvətidir. “Manas”
Azərbaycan xalqının
da mənəvi, mədəni sərvətidir.
Manas bizim hamımızın, xalqlarımızın
hamısının ulu
babasıdır... Bizim
şairlərimiz “Manas”ı Azərbaycan
dilinə tərcümə
ediblər. Sənətçilərimiz
“Manas”ın sözlərini sazda çalırlar. Bu gün burada, ölkəmizdən gəlmiş
nümayəndə heyətinin
üzvləri arasında
Azərbaycanın gözəl
sənətçisi, “Manas”çı Mehriban
xanım “Manas”ın Azərbaycanda nə qədər sevildiyini və yayıldığını
nümayiş etdirəcəkdir.
“Manas”ın dili
bizim hamımızın
dilidir. Biz bir kökdən, bir dildən olan xalqlarıq. Ancaq əsrlərdən-əsrlərə dilimizdə müəyyən
fərqlər yaranmışdır.
Bir-birimizi qəlbən
duyuruq, qəlbən anlayırıq, amma dilimizdə olan fərqlərə görə
deyilən sözlərin
bəzilərini anlaya
bilmirik.
Qırğız və Azərbaycan xalqlarını ümumi köklərimizdən, tarixi
keçmişimizdən, adət
və ənənələrimizdən,
dilimizdən və dinimizdən, bir çox başqa xüsusiyyətlərdən doğan
çoxəsrlik dostluq
telləri bağlayır...
Biz bu yolla
gedərək bütün
xalqlarla, o cümlədən
qırğız xalqı
ilə dostluğumuzu möhkəmləndirəcəyik...”.
Hazırladı: Vüqar Orxan
(davamı var)
Mədəniyyət.-
2023.- 30 avqust.- S.5.