“Azərbaycan – dünyam mənim”
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran
bölməsi ilə birgə Xalq şairi Məmməd
Arazın (1933-2004) 90 illik yubileyinə həsr olunan “Azərbaycan
– dünyam mənim” adlı tədbir keçirilib.
Mərkəzin direktoru Reyhanə Sadıxova Məmməd
Arazın 90 illiyi ilə bağlı bədii qiraət
müsabiqəsinin keçirildiyini bildirib.
AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli,
şairə Xatirə Xatun, Lənkəran-Astara RTİ-nin Lənkəran
rayonu üzrə sektorunun əməkdaşı Cəmil
Axundzadə və başqaları çıxış edərək
şairinin həyat və yaradıcılığından
danışıb, onun poeziyasının Azərbaycanın
müstəqilliyi uğrunda mübarizə aparan igidlərimizin
ilham mənbəyi olduğunu, gənclərin əsl vətəndaş
kimi formalaşmasında mühüm rol
oynadığını bildiriblər.
Məktəblilər şairin şeirlərini qiraət
ediblər. Müsabiqə qalibi şagirdlər Lənkəran
şəhər Heydər Əliyev Mərkəzinin hədiyyə
və fəxri diplomları ilə təltif olunublar. Tədbir
musiqi və rəqs nömrələri ilə davam edib.
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.4.