Həmrəylik və Zəfər
ruhlu Yeni ilə
Bölgələrdəki mədəniyyət müəssisələrində
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə müxtəlif səpkili
tədbirlər keçirilib.
Qəbələ rayon Uşaq incəsənət məktəbində
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə tədbir təşkil
olunub. Şagirdlər hər iki əlamətdar bayrama həsr
olunmuş şeirlər, mahnılar səsləndirib. Fortepiano
və xalq çalğı alətləri şöbəsinin
şagirdləri öz ifaları ilə tədbirə əlavə
rəng qatıblar.
Qəbələ rayon Heydər Əliyev Mərkəzində
keçirilən tədbirdə şagirdlərin ifasında
şeir və mahnılar səsləndirilib, rəqslər təqdim
edilib. Sonda şagirdlərə Yeni il hədiyyələri
verilib.
Oğuz rayon Uşaq musiqi məktəbinin təşkilatçılığı
ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə və Yeni ilə həsr olunmuş konsert
keçirilib. Məktəbin müəllim və şagirdləri
tərəfindən rəngarəng musiqilər ifa olunub.
Qax şəhər 2 və 4 saylı kitabxana
filialı və şəhər 1 nömrəli Mədəniyyət
evinin birgə təşkilatçılığı ilə
“Həmrəyliyimiz birliyimizdir” adlı bayram tədbiri
keçirilib.
Çıxış edənlər bayram münasibətilə
tədbir iştirakçılarını təbrik edib,
Ümummilli lider Heydər Əliyevin
soydaşlarımızın həmrəyliyi ideyasına
böyük önəm verməsindən danışıb,
birliyin Azərbaycan xalqı üçün real nəticələrindən
söz açıblar. Gənc musiqiçilərin ifaları,
rəngarəng rəqsləri, Şaxta baba və Qar
qızın çıxışları tədbir
iştirakçılarına bayram əhval-ruhiyyəsi
yaşadıb.
***
Ağcabədi rayon MKS Mərkəzi Kitabxananın
Uşaq şöbəsinin əməkdaşları rayon 8
saylı körpələr evi-uşaq bağçasında
“Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni iliniz mübarək!”, “Xoş gəldin,
Yeni il – 2024” başlıqlı sərgi-tədbir təşkil
ediblər. Kitabxananın əməkdaşları Həmrəylik
Günü və nağıl kitabları haqqında balacalara
məlumat veriblər. Uşaqlar Yeni ilə aid şeirlər səsləndiriblər.
Ağcabədi rayon Hacıbədəlli kənd
Uşaq musiqi məktəbinin müəllim və şagird
kollektivi tərəfindən kənd Folklor evində bayram tədbiri
keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib,
ölkəmizin ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra
şagirdlərin ifasında Həmrəylik Gününə həsr
olunmuş şeirlər söylənilib, “Fidan” rəqs qrupu tərəfindən
rəqslər təqdim edilib.
Ağdam rayon Xan Şuşinski adına Uşaq
muğam musiqi məktəbində (müvəqqəti Bakı
şəhərində yerləşir) Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
konsert təşkil edilib. Konsertdə məktəbin şagirdlərindən
ibarət xor və xalq çalğı alətləri
ansambllarının ifasında Azərbaycan və xarici bəstəkarların
əsərləri, bayram əhval-ruhiyyəli rəqslər ifa
olunub.
***
N.Gəncəvi adına Masallı rayon Mədəniyyət
Mərkəzində “Zəfərli Yeni il” adlı tədbir
keçirilib. Bayram şənliyində Şaxta baba və
nağıl qəhrəmanları Masallı sakinlərinə
Yeni il münasibətilə arzularını
çatdırıb, uşaqlara bayram hədiyyələri
paylayıblar. Mərkəzin solistlərinin ifasında səsləndirilən
rəngarəng mahnılar iştirakçıların
alqışları ilə qarşılanıb.
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə keçirilən
bayram şənliyində rayonun incəsənət
ustalarının ifasında təqdim olunan konsert proqramı
iştirakçılara xoş ovqat bəxş edib.
***
Göyçay rayon Mədəniyyət Mərkəzində
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə şəhid və
qazi övladları, sağlamlıq imkanları məhdud
uşaqlar üçün şənlik təşkil olunub.
Çıxış edənlər Həmrəylik
Gününün əhəmiyyətini diqqətə
çatdırıblar. Azərbaycanın Vətən
müharibəsində qazandığı şanlı Zəfərdən
danışılıb, azad olunan torpaqlarımızda
genişmiqyaslı quruculuq işlərinin
aparıldığı qeyd edilib. Tədbir çərçivəsində
bədii-əyləncəli proqram təşkil olunub,
uşaqların hazırladıqları kompozisiyalar, rəqs
nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr
və bayram sovqatları təqdim olunub.
***
Ağsu rayon Uşaq musiqi məktəbi tərəfindən
rayon Mədəniyyət Sarayında Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününə və Yeni ilə həsr
olunmuş tədbir keçirilib.
Məktəbin şagirdlərindən ibarət xalq
çalğı alətləri ansamblı, xor kollektivi xalq
mahnıları, Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərlərini ifa ediblər.
N.Məmmədli
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.4.