Moskvada “Azərbaycan
poeziyasının şedevrləri” qiraət müsabiqəsi
Moskvada “Azərbaycan poeziyasının şedevrləri”
adlı qiraət müsabiqəsinə yekun vurulub. Moskva Azərbaycanlıları
Milli-Mədəni Muxtariyyətinin qadınlar birliyi tərəfindən
təşkil olunan müsabiqənin
iştirakçıları Rusiyanın 19 regionundan 5-25 yaş
arası 200-dən çox məktəbli və tələbə
olub.
Diaspor təşkilatının rəhbəri Bəxtiyar
Həsənov tədbir iştirakçılarına 31 Dekabr –
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni İl bayramı münasibətilə təbriklərini
çatdırıb. Müsabiqənin
mükafatçılarına diplomlar, diasporun tədbirlərində
iştirak edən qadın fəallara təşəkkürnamə
və hədiyyələr təqdim edilib.
Bədii hissədə xalq musiqisi, rəqslərimiz təqdim
edilib. Yazar, tərcüməçi Afaq Şıxlı
öz şeirlərini söyləyib.
Qiraət müsabiqəsində azərbaycanlı gənclərlə
yanaşı, digər millətlərin nümayəndələri,
eləcə də belaruslu məktəbli iştirak edib.
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.8.