Paytaxtın
musiqi məktəblərindən xəbərlər
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyində fəaliyyət göstərən
Şövkət Ələkbərova adına 20 nömrəli
onbirillik Musiqi məktəbinin “Heydər Əliyev İli”
çərçivəsində konserti keçirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında təqdim olunan konsert proqramında Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii
rəhbər Xalq artisti Ağaverdi Paşayev) müşayiəti
ilə məktəbin şagirdləri Azərbaycan bəstəkarlarının
əsərlərini səsləndiriblər.
***
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin tabeliyində olan Rəşid Behbudov adına
2 nömrəli onbirillik Musiqi məktəbində görkəmli
bəstəkar, pedaqoq, SSRİ və Azərbaycanın Xalq
artisti, akademik Arif Məlikovun (1933 – 2019) 90 illik yubileyinə həsr
edilmiş “Qəlblərin dastanı” adlı tədbir
keçirilib.
Tədbirdə Arif Məlikovun həyat və
yaradıcılığı haqqında məruzə dinlənilib,
videoçarx nümayiş etdirilib.
Şagirdlər bəstəkarın “Məhəbbət
əfsanəsi”, “İki qəlbin dastanı” baletlərindən
musiqi parçaları, eləcə də müxtəlif əsərlərini
ifa ediblər.
***
Paytaxtdakı Tofiq Quliyev adına 12 nömrəli
onbirillik Musiqi məktəbinin sənət sorağı isə
uzaq Qətərdən gəlir.
Qətərin paytaxtı Dohada keçirilən
“Yaşıl səhra, daha yaxşı ətraf mühit”
mövzusunda “Horticultural EXPO – 2023” sərgisi çərçivəsində
Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi
ilə konsert proqramı təşkil edilib.
Konsertdə Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi Tofiq Quliyev adına 12 nömrəli
onbirillik Musiqi məktəbinin bir qrup şagirdi Əməkdar
müəllim Gülnarə Səfərovanın rəhbərliyi
altında çıxış edib. Emin Eminli (tar), Elçin
Güləliyev (klarnet) və Sevinc Aydazadədən (fortepiano)
ibarət musiqi qrupu görkəmli Azərbaycan bəstəkarlarının
mahnılarını məharətlə təqdim ediblər.
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.2.