Ötən ilin son
gecəsində...
31 dekabr böyük yazıçı-dramaturq,
şair, ssenarist, rejissor, Əməkdar incəsənət
xadimi Cəfər Cabbarlının (1899 – 1934) anım
günüdür.
Cəfər Cabbarlı ideya-bədii xüsusiyyətləri
ilə bir-birindən maraqlı pyeslərlə XX yüzilliyin əvvəllərində
Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələnin
təməlini qoyub. Dram əsərləri (“Nəsrəddin
şah”, “Vəfalı Səriyyə”, “Aydın”, “Oqtay
Eloğlu”, “Sevil”, “Almaz” və s.) milli səhnə sənətinin
tərəqqisində müstəsna rol oynayıb. Onların
bir çoxu bu gün də Azərbaycan teatrlarının
repertuarında yer alır.
Görkəmli ədib milli kinoda ilk ssenarilərin
(“Hacı Qara”, “Sevil”, “Almaz”) müəllifi kimi də
tanınıb. Eyni zamanda teatr və kino sahəsində milli
kadrların hazırlanması problemlərini daim diqqətdə
saxlayıb, bununla bağlı dövri mətbuatda silsilə məqalələrlə
çıxış edib.
Dövrün ədəbi-mədəni proseslərini
diqqətlə izləyib münasibət bildirən Cəfər
Cabbarlı çoxcəhətli yaradıcılığı
ilə mədəniyyət salnaməmizdə silinməz iz
qoyub.
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.1.