Mədəniyyət Nazirliyində Səudiyyə
Ərəbistanı və Belarus səfirləri ilə
görüşlər
Mədəniyyət naziri Adil Kərimli dekabrın
26-da Səudiyyə Ərəbistanı
Krallığının ölkəmizdəki səfiri
İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlərin
və mədəniyyət sahəsində əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunub.
ICESCO tərəfindən Azərbaycanın
Şuşa şəhərinin 2024-cü il üçün
“İslam mədəniyyətinin paytaxtı” elan edilməsindən
məmnunluq ifadə edilib, əlamətdar il ərzində təşkil
olunacaq tədbirlər barədə söhbət
açılıb.
Nazir Səudiyyə Ərəbistanının “Bakı
Prosesi” çərçivəsində 2024-cü ildə
paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna, həmişə olduğu kimi, yenə öz
töhfəsini verəcəyinə ümid etdiyini bildirib.
***
Dekabrın 26-da Mədəniyyət Nazirliyində
Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey
Ravkovla görüş olub.
Səfiri salamlayan nazir Adil Kərimli iki ölkə
arasında mədəni əlaqələrdən söz
açıb. Bildirilib ki, ölkəmiz müxtəlif vaxtlarda
paytaxt Minskdə keçirilən kitab sərgilərində təmsil
olunub. Eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin
qarşılıqlı səfərləri təşkil
edilib. Mədəni əməkdaşlığın
inkişaf etdirilməsi üçün birgə səylər
daha da artırılmalıdır.
Səmimi qəbula görə nazirə təşəkkürünü
bildirən səfir Belarus-Azərbaycan əlaqələrinin
geniş spektri əhatə etdiyini deyib. Vurğulayıb ki, iki
ölkənin xalqlarının yaxınlaşması
üçün mədəniyyət amili böyük əhəmiyyət
kəsb edir. Bu sahədə əməkdaşlığı
daha da dərinləşdirmək üçün imkanlar
mövcuddur.
Diplomat gələn il Bakıda Belarus Mədəniyyəti
Günlərinin keçirilməsi təşəbbüsü
ilə çıxış edib, bununla bağlı fikir
mübadiləsi aparılıb.
Nazir “Bakı Prosesi” çərçivəsində
2024-cü ildə paytaxtımızda VI Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçiriləcəyini deyib, Belarusun bu tədbirdə
iştirakından məmnun olacağımızı diqqətə
çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq
doğuran məsələlər barədə müzakirə
aparılıb.
Görüşün sonunda səfirə “Şuşa”
kitabı hədiyyə olunub.
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.3.