Mədəniyyətə
könül verənlər
“Mədəniyyət Könüllüləri” ilə
necə yekun vurur?
Dekabrın 26-da Nizami Kino Mərkəzində “Mədəniyyət
Könüllüləri” İctimai Birliyinin 2023-cü ilin
yekunlarına həsr olunmuş toplantısı keçirilib.
Tədbirdə rəsmilər, mədəniyyət, incəsənət
xadimləri, ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Əvvəlcə mədəniyyət
könüllülərinin il ərzində fəaliyyətini əks
etdirən fotosərgi ilə tanışlıq olub.
Ərazi bütövlüyümüz uğrunda
canından keçən şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin
Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət
Himni səsləndirilib, təşkilatın fəaliyyətlərini
əks etdirən videoçarxlar nümayiş olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
qonaqları salamlayıb. Bildirib ki, “Mədəniyyətə
könül ver!” devizi ilə fəaliyyətə başlayan
“Mədəniyyət Könüllüləri” İctimai
Birliyi yarandığı bir ildən az dövrdə Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən çoxsaylı tədbirlərdə
yaxından iştirak edib, mədəni inkişaf proseslərinə
öz töhfələrini verməyə
çalışıblar: “Həmin tədbirlərin bir
çoxunun uğurla keçirilməsində siz
könüllülərin əzmi, gülərüzlülüyü
və yorulmaz fəaliyyəti də rol oynayıb. Mədəniyyət
könüllülərinin üzərinə gələcəkdə
daha böyük vəzifələr düşəcək.
Prezident İlham Əliyevin müəyyən etdiyi mədəniyyət
siyasətinin qayəsində milli-mənəvi dəyərlərimizin
qorunması və gənc nəslə aşılanması,
maddi və qeyri-maddi mədəni irsimizin ölkədə və
beynəlxalq səviyyədə təbliği və
tanıdılması dayanır. Nazirlik olaraq gözləntimiz
“Mədəniyyət Könüllüləri”nin bu işdə
daha da yaxından iştirak etməsidir. Sizə gələcək
fəaliyyətinizdə uğurlar arzulayıram”.
Milli Məclisin deputatı akademik Nizami Cəfərov,
Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət
Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil
Quliyev, Xalq artisti Faiq Sücəddinov və Xalq rəssamı
Ömər Eldarov çıxış edərək mədəniyyət
sahəsində könüllülüyün əhəmiyyətindən
bəhs edib, gənclərimizin bu prosesdə aktiv
iştirakının təqdirəlayiq olduğunu bildiriblər.
İctimai birliyin sədri sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli
qurumun məqsədi və fəaliyyəti haqqında
danışıb. O, “Mədəniyyət Könüllüləri”nin
fəaliyyətinə göstərdikləri dəstəyə
görə Mədəniyyət Nazirliyi, Heydər Əliyev
Fondu və Heydər Əliyev Mərkəzinin təşkilat tərəfindən
təşəkkürnamə ilə təltif
olunduqlarını diqqətə çatdırıb.
Sonra ictimai birliyin 2023-cü ildə həyata
keçirilən tədbirlərdə xüsusi fəallığı
ilə seçilən 10 üzvünə “İlin mədəniyyət
könüllüsü” mükafatı təqdim edilib.
Tədbirin sonunda İB-nin fəxri üzvləri –
solistlər Türkay Cəfərlinski, İlkin Dövlətov,
Orxan Hüseynli və Ərəstun Quliyev tərəfindən
Elza İbrahimovanın “Ey Vətən” mahnısı səsləndirilib.
Qeyd edək ki, “Mədəniyyət Könüllüləri”
İB 2023-cü ilin aprel ayında fəaliyyətə
başlayıb. Ötən müddət ərzində təşkilatın
üzvləri Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı,
Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər,
Mədəni İrs forumlarında, habelə “Şuşa –
Türk dünyasının mədəniyyət paytaxtı”
ilinin rəsmi açılış mərasimində, Uşaq
İncəsənət, “Muğam Aləmi”, III “Korkut Ata”
Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq
Kitab Sərgisində aktiv iştirak ediblər. Onlar ölkəmizdə
keçirilən Özbəkistan və Qazaxıstanın Mədəniyyət
günləri, Vaqif Poeziya Günləri, eləcə də
Füzuli və Laçın şəhəri günlərində
də fəallıq göstəriblər.
“Mədəniyyət Könüllüləri”
İB-nin təşkilatçılığı ilə də
tədbir və layihələr reallaşıb. O cümlədən
“Sən də oxu!” adlı fləşmob, 1 iyun –
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə konsert, “Zəfərin rəngi” adlı rəsm
müsabiqəsi, istedadlı gənclərin
tanıdılması və fəaliyyətinin
stimullaşdırılması məqsədilə
“Aparıcı kastinqi” və bir sıra ali təhsil müəssisələrində
gənclərlə görüşlər keçirilib.
Nurəddin
Mədəniyyət .- 2023.- 29 dekabr,(¹96).- S.1;3.