Sumqayıtda “Uçqun”a
baxış
Sumqayıt Dövlət Dram Teatrında türkiyəli
yazar Tuncər Cücənoğlunun “Uçqun” əsəri
üzrə hazırlanmış tamaşaya daxili baxış
keçirilib.
Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədov,
quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq
üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Əsər
insanların daxilindəki xofdan, tabudan, zərərli köhnə
adətlərdən qurtulmaq, mübariz olmaq, sevgisinin
arxasında dayanmaq kimi dəyərlərdən bəhs edir.
Nümayişdən sonra müzakirədə
teatrın direktor əvəzi Əməkdar artist Vidadi Məmmədov,
baş rejissor Xalq artisti Firudin Məhərrəmov, bədii
şura və yaradıcı heyətin üzvləri fikirlərini
bölüşüblər. Tamaşanın ümumən
uğurlu alındığı vurğulanıb və yanvar
ayında premyeranın keçirilməsi qərara
alınıb.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.4.