“Pantomima buketi” Biləsuvarda göstərilib
Mədəniyyət Nazirliyinin təşəbbüsü
ilə “Heydər Əliyev İli” və Azərbaycan peşəkar
teatrının yaranmasının 150 illiyi münasibətilə
teatrların qastrol səfərləri davam edir.
Aksiya çərçivəsində Azərbaycan
Dövlət Pantomima Teatrı “Pantomima buketi”
tamaşasını Biləsuvar rayon Gənclər evində
nümayiş etdirib.
Səhnə əsərini rayonun icra
başçısı Faiq Qürbətov, rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri,
mədəniyyət işçiləri və rayon ictimaiyyətinin
nümayəndələri izləyiblər.
Tamaşanın müəllifi teatrın bədii rəhbəri
və baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir.
Musiqi tərtibatı Əməkdar artist Elman Rəfiyevə, rəsmlərin
quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.
Qarışıq nömrələr əsasında
hazırlanan səhnə əsəri teatrsevərlər tərəfindən
böyük maraqla və alqışlarla qarşılanıb.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.4.