Məktəblilərə bəşəri
bəlanın fəsadlarından söz açılıb
Ağstafa rayon Heydər Əliyev Mərkəzi, rayon
Polis Şöbəsi, Qazax-Tovuz Regional Gənclər və
İdman İdarəsi Ağstafa sektorunun təşkilatçılığı
ilə Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə
“Narkomaniyaya yox deyirik!” mövzusunda maarifləndirici tədbir
keçirilib.
Çıxışlarda narkomaniyanın törətdiyi
ciddi fəsadlar haqqında məlumat verilib, onun bəşəriyyəti
narahat edən ən ciddi sosial bəlalardan olduğu bildirilib.
Qeyd olunub ki, artıq narkotik asılılıq dünyada
müxtəlif əhali qrupları arasında geniş
yayıldığına görə tibbi problemdən sosial
problemə çevrilib. Problemin həllinə xidmət edən
mühüm addımlardan biri və ən əsası
qabaqlayıcı tədbirlərin görülməsi, o
cümlədən maarifləndirmə işinin lazımi səviyyədə
qurulmasıdır. Ölkəmizdə bu bəlanın
qarşısının alınması istiqamətində
davamlı işlər görülür.
Tədbir müzakirə formatında davam edib, məktəbliləri
maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.4.