Qarabağ irsi: mədəniyyət,
memarlıq, incəsənət
Növbəti elmi konfrans
AMEA Humanitar Elmlər Bölməsi və Memarlıq və
İncəsənət İnstitutunun təşkilatçılığı
ilə dekabrın 20-də “Qarabağ irsi: mədəniyyət,
memarlıq, incəsənət” mövzusunda 3-cü beynəlxalq
elmi konfrans keçirilib.
Konfransı AMEA Humanitar Elmlər Bölməsinin sədr
müavini akademik Teymur Kərimli açaraq “Heydər
Əliyev İli” çərçivəsində
akademiyanın müəssisə və təşkilatlarında
silsilə tədbirlərin keçirildiyini diqqətə
çatdırıb. Akademik tədbirin Qarabağın mədəni,
memarlıq və incəsənət irsinin tədqiqi
baxımından əhəmiyyətini qeyd edib.
Memarlıq və İncəsənət İnstitutunun
elmi işlər üzrə direktor müavini sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov,
sənətşünaslıq üzrə fəlsəfə
doktorları Gülrəna Mirzə, Ramil Quliyev, aparıcı
elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ülkər Talıbzadə, institutun Şəhərsalma
şöbəsinin müdiri Samirə Abdullayeva məruzələrlə
çıxış ediblər.
Konfransda Özbəkistandan Kamola Akilova və Rusiyadan
Mars Axmadullinin də məruzələri dinlənilib.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.6.