Məktəb-studiyanın şagirdləri
ilə açıq dərslər
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının (BMA) Metodika və xüsusi pedaqoji
hazırlıq kafedrası tələbələrinin
BMA-nın məktəb-studiyasının məktəb-studiyanın şagirdləri
ilə açıq dərsləri təşkil edilib.
Fortepiano ixtisası üzrə dosent Nərgiz
Əlizadənin 3-cü kurs tələbəsi Hidayət
Sadıqbəyli, Arzu İsmayılovanın 3-cü kurs tələbəsi
Aysel İbrahimli, dosent Mədinə Tuayevanın 3-cü kurs tələbələri
– Flora Umudova və Elçin Məmmədov məktəb-studiyanın
2-ci, 3-cü və 5-ci siniflərin istedadlı şagirdlərinə
dərs keçiblər. Dərslər İ.S.Baxın
“Kiçik prelüd” (c moll)i, Y.Haydnın “18 ¹ li Sonata” (E dur),
Y.Gillokun “Baletdə”, V.Kosenkonun “Skertsino” və digər əsərləri
əhatə edib.
Violin ixtisası üzrə dosent Zəhra
Qarayevanın 3-cü kurs tələbəsi Aytac Rzayeva, Nairə
Qulamovanın 3-cü kurs tələbələri – Səriyyə
Nəsibova və Günəş Cəfərova 7-ci, 8-ci və
11-ci siniflərin ayrı-ayrı şagirdləri ilə məşğul
olublar. C.Viottinin “23 ¹li Konsert”i (I hissə), A.Rubinşteynin
“Melodiya” və F.Kreyslerin “Prelüd və allegro” əsəri
ilə keçirilən dərs prosesi nümayiş etdirilib.
Tələbələrin ilk pedaqoji təcrübələri
şagirdlər tərəfindən maraqla
qarşılanıb, eyni zamanda müəllimləri tərəfindən
yüksək qiymətləndirilib.
Tutu Hüseynova
Musiqişünas
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.7.