Bakıda “Avropanın rəngləri”
Avropa İttifaqının (Aİ) Azərbaycandakı
Nümayəndəliyi Avropa ölkələrinin səfirlikləri
ilə birlikdə 20-23 dekabr tarixlərində “FantazEU” Mədəni
İrs Festivalı çərçivəsində ikinci sərgi
təşkil edib.
“Avropanın rəngləri” adlı sərgi Azərbaycanın
yaradıcı qadınlarına Avropa və Avropa dəyərləri
mövzusundakı əsərlərini nümayiş etdirmək
imkanı verir.
“Bu tədbir təkcə incəsənət və
yaradıcılıq barədə deyil, məqsəd
qadınların bacarıqlarını inkişaf etdirmək və
daha inklüziv mədəniyyət səhnəsi yaratmaqdır.
İncəsənət insanları bir araya gətirən unikal
metoddur və sərgi bunun mükəmməl nümunəsidir.
Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəkidən
olan rəssamların sənət əsərləri Azərbaycanın
zəngin mədəniyyət tarixini əks etdirir. Mədəniyyət
sahəsində əməkdaşlıq həm də Avropa
İttifaqı ilə Azərbaycan arasındakı
güclü tərəfdaşlığın bir hissəsi
olaraq əhəmiyyətlidir”, – deyə Aİ-nin səfiri
Peter Mixalko bildirib.
“Avropanın rəngləri” sərgisi ilə
İçərişəhərdəki “Mədinə
qalereyası”nda (Firdovsi küçəsi 14) tanış olmaq
olar. Sərgilərdən başqa, rəssamların iş
başında izlənməsi vorkşopları da təşkil
olunur.
Aİ nümayəndəliyi tərəfindən maliyyələşdirilən
“Azərbaycan İncəsənət Şurası” layihəyə təşkilati dəstək
göstərir.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.8.