Pakistanda
“Xarıbülbül əfsanəsi” sənədli filmi
nümayiş olunub
Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkənin
Milli Müasir Dillər Universitetində (NUML)
“Xarıbülbül əfsanəsi” sənədli filminin
nümayişini təşkil edilib.
Film Azərbaycanın İsveç
Krallığındakı Səfirliyinin təşəbbüsü,
UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Mədəniyyət
Nazirliyinin dəstəyi ilə isveçli fotoqraf və
rejissor Mikael Silkeberq tərəfindən 2022-ci ildə –
“Şuşa İli” çərçivəsində çəkilib.
Nümayişdən öncə ölkəmizin
Pakistandakı səfiri Xəzər Fərhadov
çıxış edərək Şuşa şəhəri
barədə danışıb. Azərbaycan mədəni
irsinin, musiqisinin beşiyi olan şəhərin 2023-cü ildə
“Türk dünyasının mədəniyyət paytaxtı” və
2024-cü il üçün isə “İslam
dünyasının paytaxtı” elan edildiyi diqqətə
çatdırılıb.
Diplomat xarıbülbül çiçəyindən
də söz açaraq onun Qarabağ ərazisində,
xüsusilə Şuşa ətrafında bitdiyini və torpaqlarımızın
işğaldan azad olunmasının rəmzinə
çevrildiyini vurğulayıb.
Sonra “Xarıbülbül əfsanəsi” sənədli
filmi təqdim olunub.
Filmin nümayişindən sonra qonaqlar Milli Müasir
Dillər Universitetində fəaliyyət göstərən
“Azərbaycan dili və mədəniyyət mərkəzi” ilə
tanış olublar. Mərkəz 2022-ci ildə Azərbaycan
Dillər Universitetinin təşəbbüsü və təşkilatçılığı,
Pakistandakı səfirliyimizin dəstəyi ilə
yaradılıb.
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.8.