Azərbaycan-Türkiyə
Turizm üzrə Birgə Komissiyasının iclası
Azərbaycan-Türkiyə Turizm üzrə Birgə
Komissiyasının 3-cü iclası dekabrın 21-də
İstanbulda keçirilib.
İclasda ikitərəfli turizm əlaqələrinin
mövcud vəziyyəti, turizm təlimləri, biznesin
inkişafı və turizm infrastrukturuna investisiyalar, mədəni
irsin qorunması sahəsində əməkdaşlıq,
marketinq, kommunikasiya və turizm məhsulları, növbəti
dövr üzrə birgə fəaliyyət proqramının
hazırlanması və digər məsələlər
müzakirə olunub.
Turizm əlaqələrinin cari vəziyyəti barədə
danışılıb, gəlmə və getmə turizmi sahəsində
statistik göstəricilər təqdim edilib, həmçinin
2-ci iclasda qəbul edilmiş tədbirlər planı üzrə
həyata keçirilən işlər barədə məlumat
verilib.
İclasda turizm sektorunda insan resurslarının
inkişafı, turizm və rekreasiya zonalarının
yaradılması, infrastruktur layihələri, beynəlxalq
platformalarda birgə təqdimatların keçirilməsi kimi
mövzular ətrafında fikir mübadiləsi
aparılıb.
Bundan əlavə, tədbirdə mədəni irs
obyektlərinin idarə edilməsi, oxşar mədəni irs
obyektləri arasında əlaqələrin qurulması, birgə
layihələrə başlanılması müzakirə
edilib.
Tədbir zamanı Azərbaycan Turizm Agentlikləri
Assosiasiyası (ATAA) ilə Türkiyə Səyahət
Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş
keçirilib.
Sonda 2023-cü il üzrə birgə fəaliyyət
planı çərçivəsində həyata
keçirilmiş məsələlər qiymətləndirilib
və 2024-cü il üçün yeni fəaliyyət
planı hazırlanıb. İşçi qrupunun növbəti
görüşünün 2024-cü ildə Azərbaycanda
keçirilməsi barədə qərar qəbul edilib.
Mədəniyyət .- 2023.- 22 dekabr(№95).- S.2.