Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (88)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1999-cu il 6 dekabr
Prezident Heydər Əliyev rəqqasə Roza Cəlilova,
opera müğənniləri Lütfiyar İmanov, Mariya
Titarenko, aktrisa Firəngiz Şərifova, şərqşünas
Əli Əsgər Məmmədov və şair Fikrət
Sadıqa fərdi təqaüdlərin (“Azərbaycan
Respublikasının ədəbiyyat və incəsənət
xadimlərinə dövlət qayğısının
artırılması haqqında” 10 noyabr 1997-ci il tarixli fərmana
uyğun olaraq) verilməsi haqqında sərəncam
imzalayıb.
***
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının balet truppası işçilərinin sosial təminatını
yaxşılaşdırmaq haqqında sərəncam
imzalayıb. Balet truppası üzvlərinin aylıq
maaşı 2000-ci il yanvarın 1-dən orta hesabla 5 dəfə
artırılıb.
1999-cu il 10 dekabr
Akademik Milli Dram Teatrında Xalq şairi Nəbi Xəzrinin
75 illiyi münasibətilə yeni quruluşda səhnələşdirilmiş
“Burla xatın” mənzum pyesinin tamaşasına baxıb.
Tamaşadan sonra yaradıcı kollektivin üzvləri ilə
səhnə arxasında görüşüb.
“...Hər bir səhnə əsərinin əsası
yazılmış pyesdir. Bizim hörmətli şairimiz,
yazıçımız, dramaturqumuz Nəbi Xəzri tariximizin
qədim dövrünə aid olan, millətimizin
kökünü tanıdan hadisələri qələmə
alıbdır... Təbiidir, keçmişdə bizim
tarixşünaslar xalqımızın tarixinin ayrı-ayrı
dövrlərini yazıblar və bizim üçün bu barədə
ən ulu olan da “Kitabi-Dədə Qorqud”dur. Bu, Azərbaycan
xalqının, türklərin dərin köklərinin
çox dəyərli nümunəsidir. Biz “Kitabi-Dədə
Qorqud”un 1300 illik yubileyi haqqında qərarlar qəbul edəndə
gördük ki, bizim tədqiqatçılarımız da ... ədəbiyyatçılarımız
da əsərlər yazıblar. Ancaq bunlar hamısı
azdır. Çünki “Kitabi-Dədə Qorqud” elə bir zəngin
xəzinədir ki, onun bugünkü nəsillərə və
gələcək nəsillərə aydın, açıq və
anlanıla bilən şəkildə
çatdırılması, birinci – zəhmət tələb
edir, ikincisi də istedad çox vacibdir. Bu baxımdan Nəbi
Xəzrinin çəkdiyi zəhməti mən xüsusi qiymətləndirirəm.
Bilirəm, Nəbi Xəzri hələ 70-ci illərdə bunu
poema kimi yazıbdır. Sonra bunu mənzum drama çeviribdir və
indi biz “Dədə Qorqud”un 1300 illik yubiley tədbirlərini
keçirərkən bu əsərin müasirliyi bu gün
üçün və gələcək üçün
çox vacib olduğu aşkar oldu. Çox məmnunam ki,
bizim Milli Dram Teatrımız bu əsəri hazırlayıb...
...Teatr gərək yeni-yeni əsərlər
yaratsın. Bizim teatrımız həmişə
xalqımızın fəxridir. Çünki bu, Azərbaycan
xalqının dünyəvi xalq olduğunu göstərir...
Şübhəsiz, başqa nümunələr də
vardır ki, bizim xalqımızın ümumbəşəri
dəyərlərdən həmişə bəhrələndiyini
göstəribdir.
Mən sizin zəhmətinizi bilirəm. Həmişə
demişəm, aktyor sənəti kimi zəhmətkeş sənət
yoxdur. Heç neftçilərin də sənəti bu qədər
zəhmət tələb edən deyil. Yaxud da ki, yerin
altından kömür çıxaranların və
başqalarının da. Ancaq təbiidir, bu sənətə təsadüfi
adamlar gələ bilməzlər. Bu sənətə ancaq sənəti
sevənlər gələ bilər, sənətə aşiq
olanlar gələ bilər. Müəllim olmaq, həkim olmaq,
yaxud mühəndis, aqronom, iqtisadçı olmaq və
başqa işlər elədir ki, kütləvi xarakter
daşıyır. Təbii, orada da istedadlı adamlar
olmalıdır. Amma incəsənət belədir ki, bunun
üçün həm gərək istedad olsun, həm də
incəsənətə bağlılıq, sevgi olsun. Xüsusən
teatr kimi bir incəsənət növü. Teatrda gərək
səhnədə hazırlaşasan, bir, iki, on, on beş dəfə
məşq edəsən. Sonra bir dəfə çıxasan səhnəyə,
camaata bunu göstərəsən. Təbii ki, bu, çox
ağır bir prosesdir. Siz də bu işin fədailərisiniz.
Mən istəyirəm ki, siz həmişə fədai
olasınız. Teatrımız yaşasın, inkişaf etsin və
daha da yüksəlsin...”.
1999-cu il 12 dekabr
Uşaqların Beynəlxalq Televiziya və Radio
Günü münasibətilə keçirilən şənlikdə
iştirak edib.
1999-cu il 25 dekabr
Azərbaycan milli xoreoqrafiya sənətinin
inkişafında böyük xidmətlərinə görə
Əminə Dilbazinin “İstiqlal” ordeni ilə təltif edilməsi
haqqında fərman imzalayıb. Xalq artisti Əminə Dilbaziyə
80 illik yubileyi münasibətilə təbrik məktubu
göndərib.
1999-cu il 28 dekabrXXI əsr ərəfəsində
dövlət quruculuğu, elm, təhsil, mədəniyyət və
digər sahələrdə əldə olunmuş nailiyyətləri
nümayiş etdirmək məqsədilə “Azərbaycan –
2000” kitabının nəşri haqqında sərəncam
imzalayıb. Kitabın yazılması və çapa
hazırlanması üçün baş redaksiya heyəti
yaradılıb.
***
UNESCO-nun təşəbbüsü ilə BMT tərəfindən
elan edilən 2000-ci il – “Sülh Mədəniyyəti
İli”nin Azərbaycanda qeyd olunması üçün sərəncam
imzalayıb.
***
Azərbaycan təsviri sənətinin və
kinematoqrafiyasının inkişafındakı xidmətlərinə
görə Kamil Nəcəfzadənin “Şöhrət” ordeni
ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Xalq rəssamı Kamil Nəcəfzadəni 70 illik yubileyi
münasibətilə təbrik edib.
1999-cu il 31 dekabr
Gənc müğənni Surxay Əsgərovu və
onun atasını, həmçinin ölkəmizin səkkiz
milyonuncu vətəndaşının valideynlərini qəbul
edib. Hər iki ailəyə yeni mənzillərin
açarını təqdim edib.
Müslüm Maqomayevin nəzarəti altında
Bakı Musiqi Akademiyasında təhsil alan Surxay Əsgərova
tövsiyələrini verib. “Müslüm Maqomayev sənin
kimi, çox gənc vaxtlarından öz səsini büruzə
verdi, öz istedadını göstərdi. Ancaq
doğru-düzgün istiqamət götürdü. Yəni
yüksək və çox gözəl musiqi təhsili
alıbdır... Sən Müslüm Maqomayevin məsləhətlərinə
qulaq as. Çünki o, bu həyat yolunu keçibdir və
güman edirəm ki, sən də keçəcəksən və
Azərbaycanın böyük müğənnisi olacaqsan...”.
İdman Oyunları Sarayında uşaqların Yeni il
şənliyində iştirak edib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2023.- 22 dekabr(¹95).- S.5.