Masallıda şəhid qəhrəmanın
xatirəsi anılıb
Masallı rayon Mərkəzi Kitabxanasında Vətən
müharibəsi şəhidi Şahin Ağayevin doğum
gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bildirilib ki, Vətən müharibəsində
igidlik göstərərək şəhidlik zirvəsinə
ucalan döyüşçülərdən biri də
Şahin Ağayev olub. O, 1993-cü il dekabrın 13-də
Bakıda anadan olub. 286 nömrəli tam orta məktəbdə
təhsil alıb.
Milli Aviasiya Akademiyasını pilot ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirib. Füzuli rayonundakı
N saylı hərbi hissədə xidmət edib. Vətən
müharibəsi zamanı oktyabrın 25-də Qubadlıda
yaralı əsgər yoldaşının həyatını
xilas edərkən şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər
qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı
II Fəxri xiyabana (II Şəhidlər xiyabanı)
köçürülüb.
Ölkə başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra “Vətən uğrunda”,
“Füzulinin azad olunmasına görə” və “Cəbrayılın
azad olunmasına görə” medalları ilə təltif
edilib.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.4.