“Şəhidlik ən
uca zirvədir”
Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Qazax rayon komitəsinin dəstəyi ilə
rayon Mədəniyyət Mərkəzində “Şəhidlik ən
uca zirvədir” adlı konsert keçirilib.
Konsertdən əvvəl Qazax-Tovuz RMİ-nin rəisi
Nurəddin Mehdiyev Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi Qələbədən
söz açıb. Deyib ki, bu tarixi Zəfərə görə
şəhidlərimizə və qazilərimizə minnətdar
olmalıyıq.
Sonra söz musiqiyə verilib. Konsert proqramında Qazax
şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin
Xalq çalğı alətləri şöbəsinin
orkestri, xor kollektivi, səs müəllimləri tərəfindən
vətənpərvərlik ruhunda musiqilər ifa olunub,
kompozisiya təqdim edilib.
Sonda şəhid və qazi övladlarına hədiyyələr
paylanılıb.
Mədəniyyət .- 2023.- 20 dekabr(№94).- S.4.