Azərbaycan gənclərinin
İnkişaf Strategiyası ilə bağlı tədbir
Gəncə-Daşkəsən Regional Mədəniyyət
İdarəsinin (RMİ) dəstəyi, Gəncə şəhər
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə “2015 – 2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası” ilə əlaqədar “Gənclər
arasında sahibkarlığın inkişaf etdirilməsi”
mövzusunda panel tədbir keçirilib.
Gəncə şəhərindəki Heydər
Əliyev Mərkəzində keçirilən tədbirdə
mərkəzin direktor vəzifəsini icra edən İlknur
İsgəndərova strategiyanın məqsəd və vəzifələrindən
bəhs edib.
Gəncə-Daşkəsən RMİ-nin rəisi vəzifəsini
icra edən Pərvin Kazımovun “Yaradıcı və
istedadlı gənclər”, KOBİA-nın Gəncə-Qazax
regional koordinatorluğunun əməkdaşı Anar
Əliyevin “Biznesə başlamaq istəyənlərə,
startaplara, sahibkarlara keçirilən təlimlər, məsləhət
və mentorluq xidmətləri”, Gəncə Regional Turizm
İdarəsinin rəisi Zaur Bayramovun “Turizmin inkişafında
region gənclərinin rolunun artırılması” və Gəncə-Daşkəsən
Regional Məşğulluq Filialının şöbə
müdiri Pərviz Əliyevin “Gənclərin məşğulluğunun
təmin edilməsi” mövzularında məruzələri dinlənilib.
Gənclərin fikirləri dinlənilib, sualları
cavablandırılıb, onlara lazımi tövsiyələr
verilib.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.4.