Rəşid Behbudova
həsr olunmuş musiqi axşamı
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında dünyaşöhrətli müğənni,
SSRİ-nin Xalq artisti Rəşid Behbudovun (1915 – 1989) anadan
olmasının 108-ci ildönümü qeyd olunub.
Tədbirdə rəsmilər, ziyalılar, mədəniyyət,
incəsənət xadimləri və görkəmli
müğənninin parlaq sənətinin vurğunları
iştirak ediblər.
Gecədə Gəncə Dövlət
Filarmoniyasının Estrada ansamblı və Xalq
çalğı alətləri orkestrinin müşayiəti
ilə Anar Şuşalı, Kəmalə Tağızadə,
Mehparə Cəfərova, Şaban Cəfərov, Tural
Abdullayev, Rüstəm Cəfərov, Əli Məmmədovun
ifasında Rəşid Behbudovun repertuarından mahnılar
alqışlarla qarşılanıb.
Filarmoniyanın rəqqas və balet artistləri
Aygün Məsimova, Mehriban Məmmədova, Fəridə
Mustafayeva, Aytəkin Kərimli, Elçin Bənicəlali tərəfindən
nümayiş etdirilən teatrlaşdırılmış rəqs
nömrələri də tamaşaçıların
böyük marağına səbəb olub.
Mədəniyyət .- 2023.- 20 dekabr(№94).- S.4.