UİF-nin
iştirakçıları Ağdaşda konsert proqramı ilə
çıxış ediblər
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə keçirilmiş Uşaq İncəsənət
Festivalının (UİF) iştirakçıları Mərkəzi
Aran RMİ-nin təşkilatçılığı ilə
Ağdaş rayon Heydər Əliyev Mərkəzində konsert
proqramı ilə çıxış ediblər.
Ağdaş Rayon İcra Hakimiyyəti, Mərkəzi
Aran RMİ, digər dövlət orqanlarının məsul
işçiləri, idarə, müəssisə və təşkilatların,
mədəniyyət müəssisələrinin əməkdaşları
konserti izləyiblər.
Regional idarənin tabeliyində fəaliyyət göstərən
uşaq musiqi və incəsənət məktəblərinin
festivalda iştirak edərək fərqlənən şagirdləri
səhnədə öz məharətlərini göstəriblər.
UİF-nin müxtəlif nominasiyaları üzrə hər
üç mərhələsində iştirak etmiş
uşaqların çıxışları alqışlarla
qarşılanıb.
Sonda festival iştirakçılarının qaliblərinə
fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Xatırladaq ki, festivalın yekununda Ağdaş şəhəri
“Əl sənətkarlığı şəhəri”
nominasiyası üzrə fərqlənərək diplomla təltif
edilib.
Mədəniyyət .- 2023.- 20 dekabr(№94).- S.4.