“Su və rəng ahəngi” –
akvarelçi rəssamların sərgisi
Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan
nümayəndəliyi (IWS Azerbaijan), Xətai Sənət Mərkəzi
və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı,
Mədəniyyət Nazirliyi və Rəssamlar
İttifaqının (ARİ) dəstəyi ilə
akvarelçi rəssamların “Su və rəng ahəngi –
2023” adlı sərgisi açılıb.
Xətai Sənət Mərkəzində təşkil
olunan tədbirdə Dövlət Rəsm Qalereyasının
direktor müavini Gülşən Qəribli, ARİ-nin katibi
Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət
xadimi, sənətşünas Ziyadxan Əliyev, Beynəlxalq
Akvarel Cəmiyyətinin prezidenti Atanur Doğan, cəmiyyətin
Azərbaycan nümayəndəliyinin rəhbəri Səbinə
İskəndər artıq ənənə halını alan
akvarel sərgisinin əhəmiyyətindən
danışıblar.
Bildirilib ki, sərgiyə ümumilikdə 100-dən
çox sulu boyaçı rəssam 250-dən çox əsər
təqdim edib. Onlardan 56 rəssamın 100 əsəri
seçilərək ekspozisiyada nümayiş olunur.
Sonra iştirakçılar sərgi ilə
tanış olublar.
Tədbir çərçivəsində Atanur
Doğan ilə Azərbaycanda akvarel sənətinin inkişaf
yolları müzakirə edilib.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.8.