“Doğma mahnılar”
uşaq kitabının təqdimatı keçirilib
Firidun bəy Köçərli adına Respublika
Uşaq Kitabxanasında “Doğma mahnılar” adlı kitabın
təqdimatı olub.
Kitabxanadan bildirilib ki, nəşrdə uşaq
mahnıları (notları və sözləri) toplanıb.
İdeya müəllifi və layihə rəhbəri
teleaparıcı və jurnalist Aysel Zahidqızı kitab
haqqında məlumat verib. O, topludakı mahnıların
hamıya doğma gələcəyini, hər kəsin ürəyini
fəth edəcəyini bildirib: “Əminəm ki, bu kitabda hər
bir uşaq özünə yaxın və doğma olan
mahnını tapacaq. Çünki kitabda yer alan mahnılar
bizim uşaqlığımızın xatirəsidir”.
Diqqətə çatdırılıb ki, kitabdakı
mahnılar rəssam Səbinə Vəzirova tərəfindən
çəkilmiş illüstrasiyalarla təqdim olunur. Həmçinin
nəşrdə uşaqların diqqətini,
yaddaşını yoxlamaq üçün suallar yer alıb.
Bundan əlavə, “Doğma mahnılar” kitabında yutub səhifəsi
də var.
Təqdimatda iştirak edən uşaqlar kitabda yer alan
mahnıları müxtəlif musiqi alətlərində ifa
ediblər.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.2.