Bakı
Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş sərgi
Bakı Fotoqrafiya Evində “İçərişəhər”
Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət
göstərən Bakı Marionet Teatrının 35 illik
yubileyinə həsr olunmuş “Dialoq” adlı sərgi
açılıb.
Qoruq idarəsindən bildirilib ki, sərgidə məşhur
gürcü rəssamı, kukla ustası Baçana
Xalvaşinin marionet və foto işləri, eləcə də
Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş
“Leyli və Məcnun” tamaşasının marionetləri və
dekorasiyaları nümayiş olunur.
Ümumilikdə 20 foto və 12 marionetin nümayiş
olunduğu sərgi dekabr 22-dək Bakı Fotoqrafiya Evində
ziyarətçilər üçün açıq olacaq.
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.2.