Daşınar mədəni
irs – muzey işinin aktual məsələləri
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən Mədəni İrs Forumunun dekabrın 18-də
reallaşan üçüncü – sonuncu paneli “Azərbaycanda
daşınar mədəni irs. Muzey işi və müasir
çağırışlar” mövzusuna həsr olunub.
Panelin moderatoru Heydər Əliyev Mərkəzinin Layihələrin
idarə edilməsi departamentinin direktoru Nərgiz Abdullayeva
mövzu barədə məlumat verərək
çıxışçıları səhnəyə dəvət
edib. Sonra Mədəniyyət Nazirliyi tərəfindən
hazırlanmış qeyri-maddi mədəni irsimizə həsr
olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda
Ulu öndər Heydər Əliyevin muzey işi sahəsinə
göstərdiyi diqqət və
qayğı, Prezident İlham Əliyevin sərəncamı ilə
İşğal və Zəfər muzeylərinin
yaradılmasını əks etdirən videomateriallar
nümayiş olunub.
Milli İncəsənət Muzeyinin direktoru, Beynəlxalq
Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin
sədri Şirin Məlikova “Dünya muzeylərində qorunub
saxlanılan Azərbaycan mədəniyyət nümunələrinin
müəyyən edilməsi, öyrənilməsi və
atribusiyası, onların Azərbaycana məxsusluğunun
sübuta yetirilməsi” mövzusunda çıxış edib.
Qeyd edib ki, Rusiya Dövlət Şərq Xalqları Muzeyi, Luvr
Muzeyi, İstanbul Türk və İslam Əsərləri
Muzeyində Azərbaycana məxsus sənət nümunələri
qorunur. Onların atribusiyası aparılıb, həmin nümunələrin
sərgiləri təşkil edilib, kataloqları
hazırlanıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı
Vasif Qurbanov “Mədəni sərvətlərin idxalı və
ixracı, tranzit qaydaları” mövzusunda
çıxışında Gömrük Tarixi Muzeyinin fəaliyyəti
haqqında məlumat verib. Sərgi, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi
ilə əlaqədar mədəni sərvətlərin
müvəqqəti ixracı zamanı qanunvericiliklə nəzərdə
tutulan hüquqi aktların və mexanizmlərin işlənmə
prosesini diqqətə çatdırıb.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər
şöbəsinin sektor müdiri Altun Mikayıllı mədəni
sərvətlərin ölkədən çıxarılma və
qaytarılma qaydaları haqqında söz açıb.
Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru
Zərifə Məlikova rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən,
tarix yadigarlarına ikinci həyatın verilməsi prosesindən
danışıb.
Heydər Əliyev Mərkəzinin nümayəndəsi
Zafiq Xəlilov mərkəzin muzey və sərgi fəaliyyəti
ilə bağlı məlumat verib. Qeyd edib ki, mərkəzdə
11 ildə 450-dən çox sərgi və tədbir
keçirilib. Mərkəz tərəfindən təşkil
edilən yeni tendensiyalara uyğun sərgilər maraqla
qarşılanıb və dünyanın müxtəlif mədəniyyətlərini
əks etdirən nümunələr təqdim edilib.
Milli İncəsənət Muzeyi Elmi bərpa
şöbəsinin müdiri Natiq Səfərov “Maddi texniki
bazanın gücləndirilməsi. Müasir muzeylər. Muzeylər
sosial təhsil vasitəsi kimi” mövzusunda
çıxışında elmi bərpa işinin təşkili
və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin
vacibliyini qeyd edib.
İşğal və Zəfər muzeylərinin təşkili
üzrə kreativ direktor, ekspert Fabrisio Konti
“İşğaldan azad olunmuş ərazilərdə muzeylərin
bərpası. İşğal və Zəfər muzeyləri”
mövzusunda çıxış edib. O, 2020-ci ilin 44
günlük Vətən müharibəsindən sonra mədəni
sərvətlərin dağıdılması dəhşətini
ilk dəfə gördüyünü bildirib. Deyib ki,
hazırda Laçın, Kəlbəcər və Zəngilanda
İşğal və Zəfər muzeylərinin
yaradılması istiqamətində işlər
aparılır. Muzeylərdə işğaldan əvvələ
və Zəfərdən sonraya aid ekspozisiyalar yaradılacaq.
Sonra mövzular üzrə fikir mübadiləsi aparılıb,
suallar cavablandırılıb.
Lalə
Mədəniyyət .- 2023.- 20 dekabr(¹94).- S.3.