“Gülüstan”da “Qarabağ incəsənət
düşərgəsi”
Dekabrın 18-19-da keçirilən Mədəni
İrs Forumu çərçivəsində “Gülüstan”
Sarayında “Qarabağ incəsənət düşərgəsi”
adlı sərgi təşkil olunub.
Sərgidə işğaldan azad olunmuş ərazilərə
Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil
olunan səfərlər zamanı sənətkarların ərsəyə
gətirdikləri əl işləri yer alıb.
Ekspozisiyada Heydər Əliyev Fondu tərəfindən
nəşr edilən, Qarabağdakı mədəni irsimizi əks
etdirən kitab-albom da nümayiş olunur. İngilis dilində
çap olunan kitab-albomda işğaldan azad edilmiş ərazilərimizdəki
sənət nümunələrimiz, onların real təsvirləri
verilib.
Rəssamların işləri arasında Cavanşir Məmmədovun
“Qarabağ, əziz Şuşa, sən azadsan!”, Samir Səmədovun
“Xəzinə yüklü Qarabağ gözəli”, Kamran
Əsədovun “Zəfər” və digər müəlliflərin
rəngkarlıq və heykəltəraşlıq nümunələri
maraq doğurur.
Sərgi məkanında yer alan Gömrük Tarixi
Muzeyinin stendində də maraqlı nümunələr var.
Qaçaqmalçılıq yolu ilə ölkədən
çıxarılmağa cəhd göstərilən əşyalar
maddi mədəniyyət nümunələri kimi təqdim
edilir. Burada zinət əşyalarından silah növlərinə,
qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif
əsərlər maraqla qarşılanır.
Sərgidə həmçinin təkəlduz tətbiqi
sənət növü, misgərlik, zərgərlik, quramalar,
təzhib, balaban və sədəfdüzmə nümunələri
də təqdim olunur.
Mədəniyyət .- 2023.- 20
dekabr(¹94).- S.1.