“Azərbaycan xalçaları – ilmələrin
rəqsi” ingilis dilində
Heydər Əliyev Fondu və BP şirkətinin birgə
layihəsi olaraq ərsəyə gələn “Azərbaycan
xalçaları – ilmələrin rəqsi” kitabının
ingilis dilində nəşri Mədəni İrs Forumu çərçivəsində
təqdim edilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
xalçaçılıq sənətinin təbliğinin
vacib olduğunu vurğulayaraq kitabın bu baxımdan əhəmiyyətini
qeyd edib.
Nəşr hər bir xalçanın fərqləndirici
xüsusiyyətləri haqqında müfəssəl məlumatlarla
müşayiət olunur. Kitaba Azərbaycan
xalçaçılıq sənətinin tarixi, əsas
istiqamətləri və texnikası, həmçinin bu layihənin
ilham qaynağı olmuş memarlıq və mədəniyyət
möcüzələri haqqında məlumatlar daxildir. Nəşrdə
adıçəkilən xalçaların
hazırlanmasında 6 rəssam və 14 xalçaçı
iştirak edib. Heydər Əliyev Fondu tərəfindən
hazırlanan layihə üzrə xalçalar təbii boyalarla
rənglənmiş ipək və yun iplərdən toxunub.
Burada 170 rəng və çalardan istifadə olunub.
Xatırladaq ki, kitabın Azərbaycan dilində nəşri
və eyniadlı xalça kolleksiyasından ibarət sərgi
2022-ci ildə Heydər Əliyev Mərkəzində təqdim
edilib.
Mədəniyyət .- 2023.- 20
dekabr(¹94).- S.1.