Naxçıvanda Qərbi Azərbaycanla
bağlı rəsm sərgisi
Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Qərbi
Azərbaycanla bağlı rəsm sərgisi
açılıb.
Sərgi Milli Məclisin Mədəniyyət komitəsi,
Qərbi Azərbaycan İcması və Naxçıvan Rəssamlar
Birliyi tərəfindən təşkil olunub.
Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə
Həmzəyeva bildirib ki, Qərbi Azərbaycana
qayıdış konsepsiyası çərçivəsində
təşkil edilən bu sərgi rəssamların əzəli
torpaqlarımızla bağlı yaradıcılıq nümunələrini
üzə çıxarmaqla bərabər, ərsəyə gətirilmiş
gözəl əl işlərini özündə birləşdirir.
Rəsm əsərlərində Qərbi Azərbaycanın
dini-mədəni, eləcə də tarixi abidələri,
folklor nümunələri əks olunub.
Digər çıxış edənlər də sərginin
təşkilini təqdirəlayiq addım kimi qiymətləndirib,
rəssamlara yaradıcılıq uğurları
arzulayıblar. Sonra sərgiyə baxış olub. Sərgidə
15 rəssamın ümumilikdə 32 əl işi yer alıb.
Mədəniyyət .- 2023.- 15
dekabr(№93).- S.4.