“Heydər Əliyev
Azərbaycandır!” sənədli filmi Laçında göstərilib
Laçın şəhərindəki “Lacinema” kino mərkəzində
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən
hazırlanan və Ulu öndərin 100 illiyinə həsr
olunmuş ikihissəli “Heydər Əliyev Azərbaycandır!”
sənədli filmi nümayiş etdirilib.
Tədbirdə doğma yurd-yuvalarına
qayıtmış laçınlılar böyük siyasətçinin
xalqımız qarşısındakı misilsiz xidmətlərindən
söz açıblar. Ölkənin ən çətin
günlərində, məcburi köçkün kimi
yaşamaq məcburiyyətində qalmış
laçınlılarla görüşdə Heydər
Əliyevin söylədiyi ümidverici, nikbin fikirlərin
artıq reallığa çevrildiyi bildirilib.
Sonra Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan
Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi
Nümayəndəliyinin, “Laçın Abadlıq” Xidmətinin
rəhbərlikləri, yerli sakinlər və hərbçilər
sənədli filmə tamaşa ediblər.
Baş prodüseri AZƏRTAC-ın idarə heyətinin
sədri Vüqar Əliyev olan filmin quruluşçu
rejissorları Seyran Mahmudoğlu və Fariz Əhmədov,
ssenari müəllifi Yunis Orucovdur.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.4.