Vətənə və
xalqa həsr olunmuş ömür
Yerlərdə Ulu öndər Heydər Əliyevin vəfatının
20-ci ildönümü münasibətilə müxtəlif tədbirlər
keçirilib.
Sumqayıt Dövlət Dram Teatrında
Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı
ilə “Tarixin uca zirvəsi” adlı tədbir keçirilib.
Əvvəlcə iştirakçılar teatrın foyesində
şagirdlərin əl işlərindən ibarət sərgi
ilə tanış olublar.
Sumqayıt şəhərinin icra
başçısı Zakir Fərəcov və
Abşeron-Xızı RTİ-nin müdiri İlhamə
Abdullayeva Ulu öndərin həyat yoluna nəzər salıb,
müstəqil Azərbaycanın memarının ölkənin
inkişafı yolunda əvəzsiz xidmətlərindən
danışıblar. Sonda məktəblilərin ifasında bədii
proqram təqdim olunub.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən
“Tarix yazan şəxsiyyət” adlı tədbir keçirilib.
Bildirilib ki, Heydər Əliyev ölkəmizə rəhbərlik
etdiyi bütün dövrlərdə müdrikliyi və
uzaqgörənliyi ilə Azərbaycanın gələcək
inkişafı üçün tarixi işlər
görüb. Tədbirin sonunda “Ümummilli lider Heydər
Əliyev” adlı kitab sərgisinə baxış olub.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi və
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin
Xaçmaz rayonu üzrə sektorunun birgə təşkilatçılığı
ilə anım tədbiri keçirilib. Heydər Əliyevin həyat
və siyasi fəaliyyətinə həsr olunmuş “Xilaskar
ömrü” filmi nümayiş etdirilib.
***
Şəki şəhər Heydər Əliyev Mərkəzində
keçirilən anım tədbirində qeyd olunub ki, Ulu
öndərin zəngin dövlətçilik irsi
xalqımızın milli sərvəti, müstəqil Azərbaycan
isə onun indiki və gələcək nəsillərə əmanətidir.
Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının
vəzifəsidir.
Sonra Rusiyanın TASS İnformasiya Agentliyi baş
direktorunun birinci müavini Mixail Qusmanın Ulu öndər Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Liderin ürəyi”
sənədli filmi nümayiş etdirilib.
***
Bərdə rayon Heydər Əliyev Mərkəzində
“Əbədiyaşar lider” adlı tədbir təşkil
olunub. Vurğulanıb ki, Ulu öndər ölkəmizin ən
çətin vaxtlarında xalqın
çağırışına səs verib siyasi hakimiyyətə
qayıdaraq respublikanı ağır vəziyyətdən
çıxarıb, əmin-amanlığı bərpa edib. Tədbirin
sonunda akademik Zərifə Əliyeva adına texniki təmayüllü
məktəb-liseyin şagirdləri ədəbi-bədii
kompozisiya ilə çıxış ediblər.
Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd
kitabxanasında “Heydər dühası ən uca zirvədir!”
adlı tədbir keçirilib. Ulu öndərə həsr
olunmuş şeirlər söylənilib, kitab sərgisi
nümayiş etdirilib.
***
Zəngilan rayon Bartaz kənd Uşaq musiqi məktəbində
(müvəqqəti Bakı şəhərində yerləşir)
“Əsrin dahisi” adlı tədbir təşkil edilib. Şagirdlər
dahi şəxsiyyətə həsr edilən şeirlər
söyləyiblər. Sonda Ümummilli liderə ithaf olunan
videoçarx nümayiş etdirilib.
***
Lerik rayon Heydər Əliyev Mərkəzində “Vətənə
və xalqa həsr edilən ömür” mövzusunda dəyirmi
masa keçirilib. Çıxışlarda Ulu öndər
Heydər Əliyevin gənclər siyasəti barədə məlumat
verilib.
Masallı rayon Mərkəzi Kitabxanasının Qodman
kənd kitabxana filialında “Bizim xilaskarımız” adlı tədbir
təşkil edilib. Şagirdlərin ifasında Ulu öndərə
həsr olunmuş şeirlər səsləndirilib.
Yardımlı Rayon İcra Hakimiyyəti və rayon
Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı
ilə “Xalqımızın yaddaşına əbədi həkk
olunmuş dahi şəxsiyyət” adlı dəyirmi masa
keçirilib. Ulu öndərin dövlətçiliyimizin
möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr
hazırlığı, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, milli-mənəvi dəyərlərimizin
təbliği və qorunması sahəsində həyata
keçirdiyi işlərdən bəhs edilib.
***
İmişli rayon MKS-nin 17 saylı Əliqulular kənd
kitabxanası Ümummilli lider Heydər Əliyevin 100 illik
yubileyi münasibətilə şagirdlər arasında “Mən
fəxr edirəm ki, azərbaycanlıyam!” adlı intellektual
yarış keçirib. Qaliblər diplom və medallarla təltif
olunublar.
***
Şirvan-Salyan RMİ-nin tabeliyindəki Şirvan
Dövlət Rəsm Qalereyası, şəhər Uşaq
musiqi məktəbi, Mədəniyyət Mərkəzinin
Diyarşünaslıq və Qarabağ klubları, Salyan rayon Mədəniyyət
Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi
Kitabxana, Kürqaraqaşlı kənd Diyarşünaslıq
evi, Cəngan, Ərəbqardaşbəyli, Beştalı kənd
klubları, 20 Yanvar və Plastmas qəsəbə kitabxana
filialları, Biləsuvar rayon MKS-nin Xırmandalı kənd
kitabxana filialı, Neftçala Dövlət Rəsm
Qalereyası və Hacıqabul şəhər Uşaq musiqi məktəbində
Heydər Əliyevin anım gününə həsr olunan tədbirlər
keçirilib, sərgilər təşkil edilib.
***
Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Milli-mənəvi
dəyərlərimizin xilaskarı” adlı dəyirmi masa
keçirilib. Tədbirdə Bakı Dövlət Universiteti
Qazax filialının tələbələri də iştirak
ediblər.
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq
musiqi məktəbində “Dahi şəxsiyyət”
mövzusunda konfrans keçirilib. Qeyd olunub ki, Ulu öndərin
əsasını qoyduğu ideyalar bu gün onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
qətiyyətlə həyata keçirilir. Tədbir
şagirdlərin şeir ifaları ilə davam etdirilib.
Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət
müəssisələrinin birgə təşkilatçılığı
ilə “Əbədi və ölməz Heydər Əliyev
dühası” mövzusunda tədbir keçirilib. Heydər
Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş məruzələr
dinlənilib, film nümayiş etdirilib. Sonra Ulu öndərə
aid kitab və jurnallardan ibarət sərgiyə baxış
olub.
Ağstafa rayon Mədəniyyət Mərkəzində
keçirilən anım tədbirində “Heydər Əliyev –
mədəniyyətin və incəsənətin
keşikçisi” adlı videoreportaj təqdim olunub. Məktəblilərin
ifasında Xalq şairi Zəlimxan Yaqubun Heydər Əliyevin
xatirəsinə həsr etdiyi “Əbədiyyət dastanı”
poeması əsasında ədəbi-bədii kompozisiya
nümayiş etdirilib.
Nurəddin Məmmədli
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.4.