Heydər Əliyevin
xatirəsinə həsr olunmuş poeziya axşamı
Bakıdakı Rus Evində Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr
olunmuş poeziya axşamı keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən
(RİMM) bildirilib ki, tədbir Azərbaycanın Rus Gəncləri
Assosiasiyası, “Gənclərin töhfəsi” və “Peşə
Təhsilinin İnkişafı və Məşğulluğa
Dəstək” ictimai birliklərinin iştirakı ilə təşkil
olunub.
Gənc şairlər Heydər Əliyevə və Azərbaycana
həsr etdikləri şeirlərini söyləyiblər.
“Heydər Əliyev dünyamiqyaslı dahi şəxsiyyət
idi. Onun zəngin irsi hələ uzun müddət
politoloqların, tarixçilərin və tədqiqatçıların
diqqət mərkəzində olacaq. Heydər Əliyev Azərbaycan
və Rusiya arasında dostluq münasibətlərinin qorunub
saxlanılmasında və inkişafında mühüm rol
oynayıb, iki dövlət arasında strateji tərəfdaşlığın
təməlini qoyub”, – deyə RİMM-in məlumatında qeyd
edilir.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.6.