Muzeydə Qafqaz
Albaniyasının sənətkarlığına dair
eksponatlar
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında
Qafqaz Albaniyasının sənətkarlığını və
beynəlxalq ticarət əlaqələrini əks etdirən
eksponatlar nümayiş olunacaq.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib
ki, sənətkarlığın müxtəlif sahələrinə
aid olan və e.ə IV – b.e VII əsrlərini əhatə edən
eksponatlar xüsusi vitrinlərdə yer alır. Təqdim
olunacaq eksponatlar müxtəlif illərdə Mingəçevir,
Şamaxı, Qəbələ, Ağsu və digər şəhər
və rayonlarda aparılmış arxeoloji qazıntılar
zamanı tapılıb.
Mədəniyyət .- 2023.- 15
dekabr(№93).- S.6.