Bakıdakı Rus Evində Səməd
Vurğuna həsr olunmuş tədbir
Dekabrın 13-də Bakıdakı Rus Evində (Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzi) Azərbaycanın
Xalq şairi Səməd Vurğunun həyat və
yaradıcılığına həsr olunmuş ədəbi-musiqili
axşam keçirilib.
RİMM-dən bildiriblər ki, tədbirdə musiqi
nömrələrinin müşayiəti ilə görkəmli
şairin şeirləri səsləndirilib. Proqramda peşəkar
musiqiçilərlə yanaşı, gənc istedadlar da
iştirak ediblər.
Ədəbi-musiqili axşamın fəxri
qonağı Səməd Vurğunun nəticəsi, respublika və
beynəlxalq müsabiqələrin laureatı, istedadlı
musiqiçi, pianoçu Vurğun Vəkilov olub. Konsertə
onun ifasında Sergey Raxmaninovun əsərləri ilə yekun
vurulub.
RİMM-in rəhbəri İrek Zinnurov tədbirin
iştirakçılarına təşəkkürünü
bildirib.
Qeyd edək ki, Səməd Vurğun rus poeziyasından
gözəl tərcümələrin də müəllifidir.
O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” mənzum
romanının Azərbaycan dilinə tərcüməsinə
görə dahi rus şairinin adına təsis olunmuş
medalla təltif edilib.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.2.