Rənglərin dili ilə Abşerona fərqli
baxış
Dekabrın 16-dan 30-dək “QGallery” Bakı Rəssamlıq
Qalereyasında konseptual heykəltaraş və rəssam
Bütünay Haqverdiyevin “Yarımada gündəliyi” adlı fərdi
sərgisi keçiriləcək.
“Yarımada gündəliyi” sərgisi Abşeronun sənədli
xronologiyası, Abşeron kəndlərinin mənzərəsinin
“fotoyaddaş”ıdır.
Bütünay Haqverdiyevin əl işlərini qeyri-adi
enerji və emosional zənginlik fərqləndirir. Onun rəsmlərində
hərə özünəməxsus olan nəyisə tapır.
Azərbaycanın tanınmış təsviri sənət
ustası Ucal Haqverdiyev (1960-2004) və rəssam Yelena
Haqverdiyevanın oğlu sanki öz
tamaşaçısını uşaqlıq aləminə
aparır. İrəlidə yalnız cəsarətli arzular var
və adama elə gəlir ki, bu arzulara çatmaq
üçün heç bir maneə yoxdur.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbində və Moskvada Britaniya Ali
Dizayn Məktəbində sənət təhsili alan
B.Haqverdiyev bir neçə kollektiv sərgidə, o cümlədən
55-ci Venesiya biennalesində iştirak edib.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.5.