Pantomima teatrı Bişkekdən
mükafatla qayıdıb
7–12 dekabr tarixlərində
Qırğızıstanın paytaxtı Bişkek şəhərində
“Aytmatov və teatr” VI Beynəlxalq Teatr Festivalı
keçirilib.
Festivalda Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Özbəkistan və
Rusiya Federasiyasından teatr kollektivləri iştirak edib.
İştirakçı kollektivlər Çingiz
Aytmatov adına Qırğızıstan Dövlət Rus Milli
Teatrında dünyaşöhrətli ədibin əsərləri
əsasında hazırlanmış tamaşaları
nümayiş etdiriblər.
Azərbaycan Dövlət Pantomima Teatrının
kollektivi Ç.Aytmatovun “Əsrə bərabər gün”
romanı əsasında hazırladıqları “Manqurt”
tamaşası ilə sənətsevərlərin
qarşısına çıxıb. Səhnə əsəri
maraqla qarşılanıb.
Pantomima teatrının kollektivi
Qırğızıstanın Mədəniyyət,
İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi
və bu ölkənin Teatr Xadimləri İttifaqı tərəfindən
Ç.Aytmatovun əsərlərinin özünəməxsus
plastik interpretasiyasına görə xüsusi mükafata layiq
görülüb.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.5.