Azərbaycanın
Əməkdar artisti Sankt-Peterburqda təltif olunub
Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburq
Mariinski Teatrının solisti Elnarə Məmmədova
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov tərəfindən təşəkkürnamə
ilə təltif edilib.
Sankt-Peterburq hökumətinin Smolnı sarayında
keçirilən təqdimat mərasimində Elnarə Məmmədovanın
şəhərin mədəni həyatına töhfəsi
xüsusi diqqətə çatdırılıb.
Sankt-Peterburq hökumətinin xarici əlaqələr
komitəsinin sədri Yevgeni Qriqoryev qubernator tərəfindən
ilk dəfə xarici ölkənin artistinə təşəkkürnamənin
verildiyini diqqətə çatdırıb və
vurğulayıb ki, azərbaycanlı opera və balet
ustalarının Mariinski Teatrının truppasında fəxri
yer tutması iki ölkə arasında mədəni əlaqələrin
yüksək səviyyəsindən xəbər verir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu
Sultan Qasımov sənətçimizə göstərilən
diqqətə görə qubernator A.Beqlova təşəkkürünü
bildirib.
Mədəniyyət .- 2023.- 15
dekabr(№93).- S.3.