Heykəltaraş Natiq Əliyev
İtaliyanın ordeninə layiq görülüb
Tanınmış heykəltaraş, Xalq rəssamı,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
rektoru Natiq Əliyev İtaliyanın “Cəngavər rütbəli
İtaliyanın Ulduzu” (“Ordine della Stella della Solidarieta Italiana”)
ordeni ilə təltif olunub.
İtaliyanın Azərbaycandakı səfirinin iqamətgahında
ordenin sənətkara təqdimatı keçirilib.
Ordeni heykəltaraşa təqdim edən səfir
Klaudio Taffuri deyib: “Natiq Əliyev sənətdə öz
istiqaməti olan sənətkardır. O, İtaliyanın
İntibah dövrünü tərənnüm edən bir heykəltaraşdır.
Həmin dövr mənim ölkəmin ən böyük sənətkarlarının
dövrüdür...”.
Səfir bildirib ki, İtaliya Prezidenti heykəltəraşı
İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin
və əməkdaşlığın inkişafında
xüsusi xidmətlərinə görə bu yüksək
ordenlə təltif edib.
Təltifə görə minnətdarlığını
ifadə edən Natiq Əliyev İtaliya incəsənətinin
bütün dünyanın ilham mənbəyi olduğunu
bildirib: “Öyrəndiyim, qibtə etdiyim heykəltaraşların,
rəssamların vətənindən təqdim olunan bu orden mənim
üçün böyük şərəfdir”.
Xalq rəssamı məlumat verib ki, hazırda
italiyalı heykəltaraş Albano Poli ilə müştərək
layihə üzərində işləyir: “Layihə üzrə
İtaliyanın Verona şəhərində Şekspir və
Nizaminin heykəlləri ucaldılacaq. Şekspirin heykəlini
italiyalı heykəltaraş, Nizaminin heykəlini isə mən
hazırlayacağam”.
Natiq Əliyev diqqətə çatdırıb ki, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında tələbələrə
İntibah dövrünün sənət əsərləri ilə
yanaşı, müasir İtaliya incəsənəti də
öyrədilir.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.3.