Ukrayna Milli
Filarmoniyasında xatirə konserti
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə
bağlı Ukrayna Milli Filarmoniyasında klassik musiqi konserti
keçirilib.
Bu ölkədəki səfirliyimizin təşəbbüsü
və təşkilatçılığı ilə musiqi
axşamında Ukrayna Milli Simfonik Orkestrinə Azərbaycanın
Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.
Konsertdə Ukrayna mədəniyyət və informasiya
siyasəti naziri vəzifəsini icra edən Rostislav Karandeyev,
digər rəsmilər, diplomatik korpusun nümayəndələri,
diaspor təşkilatlarının rəhbər və fəalları,
elm, mədəniyyət və incəsənət xadimləri
iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən
səfir Seymur Mərdəliyev bildirib ki, Heydər Əliyev
Ukraynanın dostu, Azərbaycan ilə Ukrayna arasında
dostluğun və strateji tərəfdaşlığın
banisi olub. Heydər Əliyev irsinə əsaslanan iki ölkə
arasında tərəfdaşlıq münasibətləri bu
gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
davam etdirilir.
Konsertdə Azərbaycan və Ukrayna bəstəkarlarının
əsərləri səslənib.
Mədəniyyət .- 2023.- 15 dekabr(№93).- S.8.