“Azərbaycan dilinin
orfoqrafiya lüğəti”nin yenilənmiş və təkmil
nəşri
Dövlət Tərcümə Mərkəzi Azərbaycan
dilinin və ədəbiyyatının böyük hamisi Heydər
Əliyevin 100 illiyinə töhfə olaraq ana dilimizin yeni və
daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirib.
Mərkəzdən bildirilib ki, lüğət milli
orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə
yer almamış minlərlə (ümumi sayı 30 mindən
çox) saf Azərbaycan sözləri və terminlərlə
zənginləşib. Yeni nəşrin daha bir əlamətdar
uğuru Ulu öndərin Türk dünyasında zərb-məsələ
çevrilmiş “Bir millət, iki dövlət” kəlamının
davamı olaraq son illər ölkədə geniş işləklik
qazanmış yüzlərlə türkkökənli sözlərlə
dolğunlaşdırılması və nəticə etibarilə
dilimizin ana kitabının mənzərəsinin dəyişilərək
ona türk dilləri qrupunun aparıcı və ümumişlək
dil vəsaiti statusu qazandırmasıdır.
Lüğətin tərtib müəllifi – Xalq
yazıçısı Afaq Məsud, redaksiya heyətinin
üzvləri – akademik Nizami Cəfərov (ön sözün
müəllifi), filologiya elmləri doktorları, professorlar
Vilayət Quliyev, Qulu Məhərrəmli, Cəlil
Nağıyev, Cahangir Məmmədli, Rüstəm Kamal və
filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim
İsmayıl Məmmədovdur.
Mədəniyyət .- 2023.- 15 dekabr(¹93).- S.6.