TÜRKSOY-un yubiley
konsertlərində musiqiçilərimiz də iştirak ediblər
Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY bu il yaradılmasının 30
illik yubileyini qeyd edir. Bu münasibətlə üzv ölkələrdə
müxtəlif tədbirlər təşkil olunur.
11-13 dekabr tarixlərində Ankarada TÜRKSOY-un
yubileyinə həsr olunmuş konsertlər keçirilib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi
və TÜRKSOY-un təşkilatçılığı ilə
gerçəkləşən qala-konsertdə təşkilatın
nəzdində fəaliyyət göstərən Xalq
Çağlı Alətləri Orkestri də iştirak edib.
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkiyə, Türkmənistan, Qaqauz Yeri (Moldova) və
Saxa-Yakutiyadan (Rusiya) sənətçilərin
qatıldığı bayram şölənində Azərbaycanı
tarzən Ruslan Zərbəliyev və kamança
ifaçısı Pərviz Fərhadov təmsil ediblər.
Tədbirə TÜRKSOY-a üzv olan ölkələrin
diplomatları və dövlət rəsmiləri
qatılıblar.
Qeyd edək ki, Pərviz Fərhadov və Ruslan Zərbəliyev
2016-cı ildən adıçəkilən orkestrdə
ölkəmizi təmsil edirlər. R.Zərbəliyev Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin, P.Fərhadov isə Azərbaycan Milli
Konservatoriyasının müəllimləridir. Musiqiçilər
qurumun 30 illik yubiley medalı ilə təltif ediliblər.
Mədəniyyət .- 2023.- 15 dekabr(№93).- S.1.