Dərbənddə
“Gəlirli yer”
Dərbənddəki Azərbaycan Dövlət Dram
Teatrı növbəti premyera ilə
tamaşaçıların görüşünə gəlib.
Yaradıcı heyət rus dramaturqu A.N.Ostrovskinin “Gəlirli
yer” komediyasını səhnələşdirib. Dramaturqun 200
illik yubileyi münasibətilə hazırlanan səhnə əsərinə
Rusiya Federasiyası Altay Respublikası P.V.Kuçyak adına
Dağ-Altay Dram Teatrının rejissoru Vyaçislav Smirnov
quruluş verib.
Pyesi dilimizə Telman Hacəliyev tərcümə
edib. Birhissəli komediyanın quruluşçu rəssamı
Dəmir İsakov, musiqi tərtibatçısı Sevda Bəybalayeva,
rejissor assistenti Səbuhi Əhmədovdur. Rolları Tamilla
Mehrabova, Əli Ağalarov, Mirzağa Cümcüm, Osman
Mehrabov, Şükufə Məlikova, Səidə Əliyeva, Mədinə
Hacağayeva, Rəhilə Ömərova ifa edirlər. Ağdam Dövlət
Dram Teatrından rejissor assistenti kimi dəvət olunan Səbuhi
Əhmədov tamaşada da rol alıb.
Dekabrın 10-da baş tutan premyeradan sonra teatrın
direktoru Dağıstan Respublikasının Əməkdar mədəniyyət
işçisi Firdovsi Əsgərov və quruluşçu
rejissor Vyaçeslav Smirnov kollektivi təbrik edib, yeni
yaradıcılıq uğurları arzulayıblar.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.4.