“İki iyirmi üç arasında”
tamaşası Lerikdə və İmişlidə göstərilib
Lənkəran Dövlət Dram Teatrında
Ümummilli lider Heydər Əliyevin 100 iliyi münasibətilə
səhnələşdirilən “İki iyirmi üç
arasında” adlı tamaşa-kompozisiya Lerik rayon Mədəniyyət
Mərkəzində nümayiş etdirilib. Əməkdar mədəniyyət
işçisi, şair-publisist Qəşəm Nəcəfzadənin
eyniadlı əsəri əsasında hazırlanan tamaşaya
Emil Əskərov quruluş verib.
Heydər Əliyevin həyat və siyasi fəaliyyətini
əks etdirən kompozisiya sənədli teatr estetikasında –
verbatim janrında qurulub. Quruluşçu rəssamı Fuad
Babazadə, musiqi tərtibatçısı Vüqar Fərəcov,
qrafik dizayneri Fidan Hüseynzadə olan səhnə işində
rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər
Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, aktyorlar
Şahrud Mehdiyeva, Aynur Əhmədova, Səyad Əliyev,
Miraslan Ağayev, Allahverən Babayev, Qızılgül Quliyeva
və başqaları ifa edirlər.
Lənkəran teatrının kollektivi yeni səhnə
əsərini İmişli rayon Mədəniyyət Mərkəzində
də nümayiş etdirib. Nümayişdən öncə
teatrın direktoru vəzifəsini icra edən İntiqam
Hacılı, YAP İmişli rayon təşkilatının sədri
Səfa Ağayev, əsərin müəllifi Qəşəm
Nəcəfzadə çıxış ediblər. Səhnə
əsəri maraqla qarşılanıb.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.4.