Salyanda Məmməd
Arazın 90 illiyi qeyd edilib
Salyan rayon MKS-də Xalq şairi Məmməd Arazın
(1933-2004) 90 illiyi münasibətilə tədbir təşkil
olunub.
Rayon İcra Hakimiyyəti və Azərbaycan
Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə əvvəlcə
şairin həyat və yaradıcılığına həsr
olunan videoçarx nümayiş etdirilib.
İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm
Məmmədov, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru professor Nadir Məmmədli, AYB-nin
Muğan bölməsinin sədri Nəbi İbrahimov və
başqaları çıxış edərək Məmməd
Arazın yubileylərinin ölkəmizdə yüksək səviyyədə
qeyd edildiyini bildiriblər. Vurğulanıb ki, Ümummilli lider
Heydər Əliyev şairin yaradıcılığına və
şəxsiyyətinə daim yüksək qiymət verib, onu
“İstiqlal” ordeni ilə təltif edib. Prezident İlham
Əliyev şairin xatirəsinin əbədiləşdirilməsi,
yubileylərinin keçirilməsi haqqında sərəncamlar
imzalayıb.
Tədbirin bədii hissəsində Məmməd
Arazın şeirləri səsləndirilib, sözlərinə
bəstələnmiş mahnılar ifa olunub.
Mədəniyyət .- 2023.- 13 dekabr(№92).- S.4.