“Heydər Əliyev və Gəncə mədəniyyəti”
filmi təqdim olunub
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anım
günü (12 dekabr) ilə əlaqədar “Heydər Əliyev
və Gəncə mədəniyyəti” adlı filmin təqdimatı
keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən
Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan
Partiyası Gəncə şəhər təşkilatının
dəstəyi ilə gerçəkləşən tədbirdə
qonaqlar əvvəlcə filarmoniyanın foyesində Ulu öndərə
həsr olunan rəsm sərgisi ilə tanış olublar.
Sonra film nümayiş etdirilib. İdeya müəllifi
və rejissoru Əməkdar artist Ramil Qasımov olan filmdə
Ümummilli liderin Gəncə ilə
bağlılığı, incəsənət xadimlərinin
Heydər Əliyev haqqında xatirələri, həmçinin
Gəncənin ictimai-siyasi, mədəni həyatında Heydər
Əliyevin danılmaz xidmətləri əks olunub.
Filmin təqdimatından sonra Gəncə Dövlət
Filarmoniyası kamera orkestrinin müşayiəti ilə Heydər
Əliyevin sevdiyi əsərlərdən ibarət konsert
proqramı təqdim edilib.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.4.